8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Futzal

Vitali Borisov: “Qarşımıza qoyulan tapşırıq dünya çempionatına vəsiqə qazanmaqdır”

“Qarşımıza qoyulan tapşırıq dünya çempionatına vəsiqə qazanmaqdır”.

Futbolxeber.az saytının məlumatına görə, bunu Azərbaycan futzal millisinin baş məşqçisi Vitali Borisov Qazaxıstana 2:4 hesabı ilə məğlub olduqları DÇ-2024-ün elit mərhələsinin oyunundan sonra mətbuat konfransında deyib.

Gənc mütəxəssis qarşılaşmanın gərgin mübarizə şəraitində keçdiyini bildirib: “Belə alınacağını da gözləyirdik. Qazaxıstan çox dinamik komandadır. Komandamız vuruşdu. Hakimlərin bəzi qərarları mübahisəli idi. Buraxılan 3-cü qolun təkrarına baxdım. Məncə, həmin anda hakimin qərarı doğru deyildi. Düzdür, ikinci hissə rəqibin üstünlüyü ilə keçdi. Qapıçıları çox irəli çıxırdı. O, ayaqla bəzi meydan oyunçularından yaxşı oynayır”.

O, rəqibin ən böyük üstünlüyünün qapıçının irəlidə oynaması olduğunu söyləyib: “Bütün oyunu rəqibin 5 oyunçusuna qarşı keçirmək çətindir. İstər-istəməz zərbələrin sayı çox olur. Taktiki baxımdan fərqli komandadır. Bizdə isə bəzi oyunçular 2-3 gün əvvəl heyətə qoşulublar. Qazaxıstanda 6 nəfər eyni klubda çıxış edir və 11 futzalçı ölkə çempionatında mübarizə aparır”.

Baş məşqçi cavab qarşılaşmasının daha çətin olacağını düşünür: “Bu gün Filipinyonu itirdik. Bu böyük itkidir. Orada çətin olacaq. Qazaxıstanda futzalı çox sevirlər. Azarkeşlər zalı dolduracaqlar. Buna baxmayaraq, meydana qələbə qazanmaq üçün çıxacağıq”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30