Futzal
Vitali Borisov: “Mövsümün əvvəlidir, problemlər qaçılmazdır”
Avqustun 23-də UEFA Çempionlar Liqasında mübarizəyə başlayacaq “Araz-Naxçıvan” ayın 21-də Bakı-İstanbul-Riqa reysi ilə yola düşəcək.
Futbolxeber.az saytının məlumatına görə, komanda səfərə qədər məşqlərini gündə bir dəfə olmaqla Olimpik Starda reallaşdırıb.
Eyni zamanda, komanda 2 yoxlama oyunu keçirib ki, sparrinq-rəqib Tacikistan çempionu “İstiqlol” olub.
İlk matçda qələbəni Düşənbə təmsilçisi qazanıbsa (5:2), ertəsi gün keçirilən oyunda çempionumuz (4:1) sevinib.
Komandanın məsul oyunlara nə dərəcədə hazır olub-olmadığını öyrənmək üçün səfəröncəsi “Araz-Naxçıvan”ın baş məşqçisi Vitali Borisovla söhbətləşdik:
“Bir aydan artıqdır ki, hazırlıq keçirik. Komanda 10 gün təlim-məşq toplanışında oldu. Həmin müddətdə gündə 2 dəfə məşq edirdik, daha çox fiziki çalışmalara üstünlük verirdik. İki yoldaşlıq oyununda hazırlığımızı yoxladıq. Səhvlərimizi gördük, düzəldilməli istiqamətləri müəyyənləşdirdik. Ümumiləşdirsək, komanda oyunlara 80 faiz hazırdır”.
Baş məşqçi yoldaşlıq oyunlarındakı çatışmazlıqlardan da danışıb: “Mövsümün əvvəlidir, problemlər qaçılmazdır. Demək olar, komandanın bütün üzvlərinə oynamaq imkanı yaratdıq. Taktiki planda verilən tapşırıqları tam icra edə bilmədik. Bunun da səbəbləri var, açıqlamaq istəmirəm. Amma komandanın fiziki hazırlığı məni qane etdi”.
V.Borisov rəqiblərlə bağlı məlumat toplamaqda çətinlik çəkdiklərini gizlətməyib: “Rəqiblərlə bağlı ətraflı bilgə əldə edə bilməmişik. Amma tam informasiyasız da deyilik. Transferlər haqda müəyyən qədər məlumatlıyıq. Onları oyunları zamanı görəcəyik”.
Bu arada komandanın çalışdırıcısı Özbəkistan millisinin üzvləri - Husniddin Nişonov və Dilşod Rahmatovun “Araz-Naxçıvan”a kömək etməyəcəyini də qeyd edib:
“Onların adlarını sifariş vərəqinə daxil etmədik. Çünki hər iki oyunçuya səfər üçün viza almaq mümkün olmadı. Vaxt azlığına görə bu cür problemlə üzləşdik. Onlar öz ölkəsinin millisinin heyətində turnirdə iştirak etdiklərinə görə Bakıya gec gəldilər. Nəticədə onlara viza almaq mümkün olmadı”.
Qeyd edək ki, “Araz-Naxçıvan” UEFA Çempionlar Liqasının ilkin mərhələsində avqustun 23-də “İstanbul Şişli”, erkəti gün “Yan Regensburq”, ayın 26-da isə “Riqa” ilə üz-üzə gələcək. Əsas mərhələyə 8 qrup qalibi və ən yaxşı göstəriciyə malik 1 komanda (cəmi 9) vəsiqə qazanacaq.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi”dən AFFA-ya növbəti transfer reallaşdı - ÖZƏL
- “Neftçi”nin futbolçusundan hörmətsizlik - “Sabah”ın formasında şəkil paylaşdı
- Azərbaycan Premyer Liqasının son 2 turunda əcnəbi hakimlər - EKSKLÜZİV
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Hələlik çempionatda 10 komanda qalmalıdır”
- AFFA “sıfırlandı” - QEYD
- Bir fotonun qorxusu... - QEYD
- “Qarabağ”ın mükafatlandırma mərasiminin yeri və məkanı dəyişdi - ÖZƏL
- Azərbaycan Premyer Liqasında komanda sayı artırılmadı
- AFFA-dan ayrı-seçkilik: “Kəpəz”ə pul tapılır, “Turan Tovuz”a yox
- İcraiyyə Komitəsinin üzvü: “İclasın 4 saatdan çox çəkməsi gərgin müzakirələrlə bağlı deyil”
- “Neftçi”də Emin Mahmudovun “torbası tikilir”?
- Qaş düzəldən yerdə vurub göz çıxarmaq
- “Neftçi”də maliyyə böhranı
- İcraiyyə Komitəsi legioner limiti ilə bağlı qərar qəbul etdi
- Mövsümün bəxtsizi - “Səbail”
-
13:33
Azərbaycan boksçusu lisenziya turnirində növbəti qələbəsini qazanıb
-
12:48
3x3 basketbol millimiz təlim-məşq toplanışına yollanıb
-
12:20
“ÇL-də əvvəlkilərdən daha yaxşı nəticə göstərəcəyimizə ümid edirəm”
-
11:56
Azərbaycan millisinin oyunlarının təqvimi müəyyənləşdi
-
11:31
Arif Əsədov: “Milliyə çağırılan oyunçuların hamısına şans vermək istəyirik”
-
10:19
Millimizin rəqibinin heyəti açıqlanıb
-
10:04
Cəlal mövsümün son oyununda qələbəyə sevindi
-
09:47
Emin Mahmudov azarkeşlərdən üzr istədi: "Çox utanıram"
-
21:34
Millimizin heyəti açıqlandı
-
21:22
Azərbaycan millisini yoldaşlıq oyunlarına çıxaracaq məşqçilər müəyyənləşdi
-
21:00
Azərbaycanda futbol mövsümünün ən yaxşıları mükafatlandırıldı FOTOLENT
-
19:17
Azərbaycan boksçusundan uğurlu start
-
18:50
Bakıda UEFA-nın dəstəyi ilə festival keçirilib
-
18:28
Sxadadze daha 3 il "Qəbələ"də
-
17:39
Azərbaycan Cüdo Federasiyasının prezidenti dünya çempionları ilə görüşüb
-
17:02
"Sumqayıt"ın əvəzolunmazı
-
16:41
II Liqaya vəsiqə uğrunda pley-off oyunlarının vaxtı açıqlandı
-
16:14
Kapitan: “Məqsədimiz yenidən Avropa çempionu olmaqdır”
-
15:56
7 güləşçimiz Gürcüstanda medal qazanıb
-
15:35
Minifutbol Federasiyasının vitse-prezidenti: “Titulu qorumaq istəyirik”
-
15:23
Son turda mövsümün rekordu
-
15:07
Millimizin baş məşqçisi: “Ötən Avropa çempionatı ilə müqayisədə daha da güclənmişik”
-
14:59
AFFA-dan I Liqanın qalibinə "yaşıl işıq"
-
14:48
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
-
14:32
Mahmudov “Neftçi”nin tarixinə düşdü
-
14:24
Minifutbol millimizin açıq məşqi keçirilib
-
14:16
Azərbaycan sumoçuları Avropa çempionatında 11 medal qazanıblar
-
14:03
Azərbaycan millisinin heyətində dəyişiklik
-
13:27
"Barselona" mövsümü qələbə ilə başa vurdu VİDEO
-
13:15
"Qəbələ" 6 legionerlə vidalaşdı
-
12:54
Klub rəhbəri Ayxan Abbasovun işinə qiymət verdi
-
12:40
Bədavi Hüseynov: “İnanmazdım ki, 10 qat ölkə çempionu olacağam”
-
12:31
Mahir mövsümün son oyununda oynadı
-
12:19
"Turan Tovuz" yeni mövsümdə avrokuboklar üçün oynayacaq
-
11:52
Lamiyə Vəliyeva Azərbaycanın paralimpiya tarixinə düşüb
-
11:28
Rəşad Sadıqovdan yubiley qələbəsi
-
11:05
Brkiç: “Azarkeşlərdən üzr istəyirəm”
-
10:46
Azərbaycan Voleybol Federasiyası Qaxda təlim-məşq toplanışı təşkil edib
-
10:24
"Roma"nın məğlubiyyəti VİDEO
-
10:13
Azərbaycan cüdoçuları Avropa Kubokunu beş medalla başa vurublar
-
09:57
"Atalanta" 3 xalı 3 qolla qazandı VİDEO
-
09:49
Elvin Cəfərquliyev: “Çempionluq asan əldə olunmur”
-
09:30
Əyyub Allaş "Qəbələ" ilə vidalaşdı
-
23:45
2023/2024 mövsümünün mükafatlandırma mərasimi VİDEO
-
22:34
"Araz-Naxçıvan" - "Qarabağ" matçında 4 qol VİDEO
-
22:16
“Hamı bu anı səbirsizliklə gözləyir”
-
21:57
Elmar Baxşıyev: “Mən təzyiqləri "Qəbələ"də də hiss etmişəm”
-
21:24
Azərbaycan Premyer Liqasında 2023/24 mövsümünə yekun vuruldu
-
21:08
Azərbaycanın sərbəst güləş millisi Avropa çempionu oldu
-
20:12
Ayxan Abbasov: “Bakıda 5-6 meydança var, onları da sökürlər”