Futzal
Zaur Axundov: “50 il necə keçdi, heç özüm də bilmədim”
Azərbaycan idmanında xarizmatik şəxslər çox olub. Heç şübhəsiz ki, Zaur Axundov da bu sıralamada lider mövqelərdə dayanıb. İstər futzal olsun, istərsə də futbolda Axundov ən yüksək hədəfləri nişan alıb. Bu gün Zaur bəy üçün əlamətdar gündü. 50 illik yubileyini qeyd edən Azərbaycan Futzal Federasiyasının prezidenti Futbolxeber.az saytına verdiyi müsahibədə bir çox maraqlı məqamlara toxundu, qarşıdakı planlardan danışdı.
“ULU ÖNDƏRİMİZİN QURDUĞU, CƏNAB PREZİDENTİMİZİN BİZƏ TARİXİ QƏLƏBƏNİ BƏXŞ ETDİYİ DÖVLƏTDƏ YAŞAMAQDAN BÖYÜK XOŞBƏXTÇİLİK OLA BİLMƏZ”
- Zaur müəllim, elə yaşa çatmısız ki, qocalıq deməyək, lakin üzü qocalığa doğrudur. 50 yaşı qeyd etmək necə bir hissdir?
- Bu 50 il necə gəldi keçdi, heç özüm də bilmədim. Allahın işidi, yaş üstünə yaş gəlir. Şablon səslənsə də, hər yaşın öz gözəlliyi var. Allaha şükür ki, 50 yaşa gəlib çatmışam. Hər hansı bir narazılığım yoxdu.
- Geriyə boylanandan yaşadığınız ömürdən razısız, yoxsa daha uğurlu ola bilərdi?
- Əlbəttə ki, razıyam. Bu gün müstəqil Azərbaycanda yaşayırıq. Naxçıvandan başlayaraq, Bakıda davam edərək tarixi hadisələrə şahidlik etmişik, müəyyən qədər özümüz də iştirak etmişik. Ən əsası odur ki, Ulu öndərimizin qurduğu müstəqil Azərbaycanda, cənab Prezidentimizin bizə tarixi qələbəni bəxş elədiyi dövlətdə yaşayırıq. Məncə, bundan böyük xoşbəxtçilik ola bilməz.
“AFFA RƏHBƏRLİYİ DƏ BU SEÇİMİ DƏSTƏKLƏDİ”
- Biz sizi həmişə iş başında görmüşük, ona görə də ad gününüzdə belə futzaldan, futboldan danışmasaq, olmaz. Bir müddət əvvəl Azərbaycan futzalında böyük dəyişiklik oldu. Bir çox futzalsevərin arzuladığı kimi, milli komandamız yerli mütəxəssisə tapşırıldı. Niyə məhz Vitali Borisov?
- Əvvəla, onu deyim ki, Alesio 14-15 il müddətində bizimlə birgə çalışdı. Mən bu müddət ərzində onun işindən razı idim. Gedəndə də təşəkkürümü bildirdim. Joze Alesio Azərbaycan futzalı üçün çox işlər görüb. Uğurlu nəticələr qazandı, bəzi gəncləri yetişdirdi. Vitali Borisova gəldikdə isə o, 10 ilə yaxın müddətdə Alesionun rəhbərliyi altında oynadı. Onun iş prinsiplərinə bələd oldu, taktiki sxemlərini qavradı, bir sözlə, təcrübə topladı. Borisovun oynadığı müddətdə Alesionun rəhbərliyi altında istər millimiz, istərsə də “Araz Naxçıvan” böyük uğurlar qazandı. Bütün bunları nəzərə alaraq, seçimi məhz Borisovun xeyrinə etdik. Düzdü, Vitali məşqçi kimi gəncdi, amma futzalda təcrübəsi böyükdü. AFFA rəhbərliyi də bu seçimi dəstəklədi.
- Qarşıda istər milli komandamızı, istərsə də “Araz Naxçıvan”ı ciddi sınaq gözləyir. Daim Vitali Borisovla ünsiyyətdəsiz, ilkin proqnozlar nə göstərir?
- Borisov ilk növbədə məşqçilər korpusunu formalaşdırdı. Köməkçi məşqçi kimi Predraq Rayiçi, qapıçılar və fiziki hazırlıq üzrə məşqçi Zoran Rakiçeviçi dəvət etdi. Mən də hər iki serb mütəxəssisi 15 ildi tanıyıram. Yaxşı futzalçı olublar, məşqçi kimi də təcrübələri var. Vitali Borisovun qarşısına hər hansı məqsəd qoymağa ehtiyac yoxdu. O, özü mənim iddiamı çox yaxşı bilir. Vitalinin üzərinə böyük məsuliyyət düşüb. Həm milli komanda, həm də “Araz Naxçıvan”a cavabdehdi. Mütəmadi olaraq vəziyyətlə maraqlanıram. Təxminən 10 gündü məşqlərə başlayıblar, 2-3 gündən bir görüşürük, mənə görülən işlər barədə hesabat verir. Hər zaman mən də onun yanındayam.
- Təxminən 1 aydan sonra “Araz Naxçıvan” Çempionlar Liqasında mübarizəyə qoşulacaq. Vitali Borisov bu günlərdə müsahibəsində bildirmişdi ki, ilkin hədəf ilk iki mərhələni uğurla adlamaqdı.
- Bu barədə mənə də deyib. Bilirsiz ki, “Araz Naxçıvan”da hazırda köklü dəyişiklilər baş verir. Yeni transferlər reallaşdırılır. Bəli, ilkin məqsəd ilk iki mərhələni adlamaqdı. Lakin futzalda nəyisə arxayınlıqla əvvəldən demək olmur. Görürəm istəklidilər, çalışırlar. İnanıram ki, yaxşı olacaq hər şey. Bu, Vitali Borisov üçün ciddi bir sınaqdı.
“DÜŞÜNMƏYİN Kİ, BU MƏSƏLƏ TƏXİRƏ SALINDI VƏ ZAUR AXUNDOV DAYANDI, XEYR”
- Bir neçə gün əvvəl AFFA-nın baş katibi Sərxan Hacıyev qeyd etdi ki, tezliklə İcraiyyə Komitəsinin iclası olacaq, lakin orada futzalla bağlı məsələ müzakirəyə çıxarılmayacaq. Bununla bağlı nə deyə bilərsiz?
- Bu yaxınlarda baş tutacaq həmin iclasda böyük ehtimalla, Azərbaycan Premyer Liqası ilə bağlı məsələlər müzakirə ediləcək. Futzalla bağlı bəzi məsələlər İcraiyyə Komitəsinin əvvəlki iclasında həll olundu. Bilirsiz ki, Vitali Borisovun təyinatı barədə qərar məhz həmin toplantıda qəbul edildi. Yalnız maliyyə ilə bağlı qaldırdığım məsələ hələ ki həllini tapmayıb. Bunun da müəyyən səbəbləri var. Növbəti iclaslarda futzal klublarına maliyyə yardımının ayrılması ilə bağlı məsələ də müzakirəyə çıxarılacaq. Yəni belə deyək ki, bu məsələ bir müddətlik təxirə salınıb, amma gündəmdədi. Mən özüm də bu məsələnin üzərində dayanmışam. Özünüz də yaxşı bilirsiz ki, müasir idman pul deməkdi. Uğur qazanmaq üçün, inkişaf etmək üçün maliyyə mütləqdi. Yeni futzalçılar yetişdirmək, akademiyaların açılması, 12-15 yaşlı yeniyetmələrin üzrə çıxarılması və s. məsələlər üçün maliyyə mütləqdi. Düşünməyin ki, bu məsələ təxirə salındı və Zaur Axundov dayandı, xeyr. Mən sona qədər bu məsələdə təkid edəcəm və inanıram ki, futbolda olduğu kimi, futzalda da klublara maliyyə yardımı ayrılacaq.
- Amma belə görünür ki, maliyyə məsələsi artıq növbəti mövsüm üçün nəzərdə tutulacaq...
- Bu mövsümə çatmayacaq. Lakin bəzi məsələlər var ki, onların üzərində işləyirik və dekabrın sonuna kimi həll ediləcəyinə ümidvarıq. Hər şey də AFFA-dan asılı deyil. Bunu da unutmaq olmaz. Düşünürəm ki, futzalın inkişafı üçün maliyyənin mütləq olmasını hamı anlayır.
- Ağatahir Əzimov böyük futzalçı olub. Lakin məşqçi kimi onun gənclər yığmasında fəaliyyəti dövründə hər zaman müəyyən narazıçılıqlarını eşidirik. Bu da maliyyəyə bağlıdı, yoxsa başqa səbəb var?
- Ağatahir böyük futzalçı olub, düzdü. Amma təbiətcə bir qədər həmişə gileylənən adamdı (gülür). Təbii ki, onun narazı olduğu məqamlarda həqiqət də var. O, ilk dəfə gənclər yığmasını çalışdıranda oyunçulara az da olsa, ayda 250 manat maaş verirdik. Əlbəttə, bu, böyük məbləğ deyil. Ağatahiri də başa düşürəm, seleksiya aparırdı, 70-80 oyunçu arasında 18-20 nəfəri seçirdi. Bir tərəfdən də mənim kimi bir qədər emosional adamdı. Üstəlik, Allah köməyi olsun, səhhətində bir qədər problemləri oldu. Şəfa diləyirəm ona. Federasiya olaraq biz də hər zaman yardımçı olmağa hazırıq. Lakin hər şey də pulla bağlı deyil. Bəzən seleksiya işlərində də müəyyən qüsurlar ola bilər. Amma buna baxmayaraq, Ağatahirdə günah görmürəm. Səhhətindəki problemlər aradan qalxandan sonra mən onu federasiyaya qaytraracam.
“MƏN OLSAYDIM, “ŞAMAXI” I DİVİZİONA DÜŞMƏZDİ”
- Bir qədər də “Araz-Naxçıvan”ın futboldakı adaşından danışaq. Klubun icraçı direktoru Eldəniz Usubov uzun illər sizin rəhbərliyiniz altında çalışıb, həm futbolda, həm futzalda. Yəqin ki, bu gün də bir gözünüz həmin klubdadı. Futboldakı “Araz-Naxçıvan”da işlər necə gedir?
- Böyük futboldan danışırıqsa, təbii ki, “Araz Naxçıvan” mənim üçün doğma klubdu. Rəhmətlik atam bu komandanın rəisi olub. Uzun illər orada fəaliyyət göstərib. Mən də uşaq vaxtı həmin kollektivlə birgə səfərlərdə olmuşam. O vaxt IX, VII divizion var idi və rəqib qismində “Araz Naxçıvan” Orta Asiya, Zaqafqaziya klublarına qarşı mübarizə aparıdı. O klubda mənim uşaqlığım keçib. Rəhmətlik Böyükağa Hacıyev o klubun kapitanı idi. Sonradan oynayan məşqçi oldu. Əli Rəhmanovun orada çalışdığı vaxtları xatırlayıram. Elə alındı ki, “Şamaxı” Premyer Liqanı tərk etdi, yerinə “Araz Naxçıvan” gəldi. Əslində, “Şamaxı” da mənim üçün doğma klubdu, 5 il orada çalışdım.
- Və oradakı fəaliyyətiniz heç də pis alınmadı.
- Bəli, 2 dəfə kuboku qazandıq, çempionatda üçüncü yeri tutduq. Müəyyən məsələlərə görə klubu təhvil verdik, amma heç 1 il çəkmədi və “Şamaxı” I diviziona yuvarlandı. Özünü tərifləmək kimi çıxmasın, ürəyim açılıb deyirəm, mən olsaydım, “Şamaxı” I Diviziona düşməzdi. Bu gün statistikaya baxsaz, son 5-6 ildə “Şamaxı”nın futbolçularından 20-22 nəfər bu gün digər klubların əsas heyətində oynayırlar. Akademiyadan uşaqları cəlb etdik, 17-dən 19-a, 19-dan da əvəzediciyə. Bir sözlə, işimizi qurmuşduq, nəticə də var idiş “Şamaxı”nın Premyer Liqanı tərk etməsinə ürəyim ağrıdı.
- Qismət elə gətirdi ki, “Şamaxı”nın da əvəzinə elə “Araz Naxçıvan” Premyer Liqaya yüksəldi.
- Bəli, Allahın işidi. Bu gün bir gözüm “Araz-Naxçıvandadı”. Bilirsiz ki, qardaşım klub prezidentidi. Bayaq qeyd etdiyiniz kimi, Eldəniz Usubov ordadı. Hansı ki, son 6-7 ildi onunla birgə işləyirəm. Eldəniz də çox razıyam. Bu gün 5 nəfərin işini tək görür. Bütün bunlarla yanaşı, naxçıvanlı olduğuma görə kluba xüsusi simpatiyam var. Diqqət göstərilir. Dəstəyim var, olacaq da. “Araz-Naxçıvan”a uğurlar arzulayıram. İnanıram ki, futzalda olduğu kimi, futbolda da sözünü deyəcək. Bu gün komandanın infrastrukturu üçün böyük işlər görülür. Stadionun qazonu dəyişir, paltardəyişmə otaqlarına əl gəzdirilir, VAR sistemi qurulur və s. Dövlətimizə də təşəkkür edirəm, bu gün klubun inkişafı üçün lazım olan maliyyəni ayırır.
İbrahim CƏFƏROV
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi”dən AFFA-ya növbəti transfer reallaşdı - ÖZƏL
- “Neftçi”nin futbolçusundan hörmətsizlik - “Sabah”ın formasında şəkil paylaşdı
- Azərbaycan Premyer Liqasının son 2 turunda əcnəbi hakimlər - EKSKLÜZİV
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Hələlik çempionatda 10 komanda qalmalıdır”
- AFFA “sıfırlandı” - QEYD
- Bir fotonun qorxusu... - QEYD
- “Qarabağ”ın mükafatlandırma mərasiminin yeri və məkanı dəyişdi - ÖZƏL
- Azərbaycan Premyer Liqasında komanda sayı artırılmadı
- AFFA-dan ayrı-seçkilik: “Kəpəz”ə pul tapılır, “Turan Tovuz”a yox
- İcraiyyə Komitəsinin üzvü: “İclasın 4 saatdan çox çəkməsi gərgin müzakirələrlə bağlı deyil”
- “Neftçi”də Emin Mahmudovun “torbası tikilir”?
- Qaş düzəldən yerdə vurub göz çıxarmaq
- “Neftçi”də maliyyə böhranı
- Mövsümün bəxtsizi - “Səbail”
- İcraiyyə Komitəsi legioner limiti ilə bağlı qərar qəbul etdi
-
13:33
Azərbaycan boksçusu lisenziya turnirində növbəti qələbəsini qazanıb
-
12:48
3x3 basketbol millimiz təlim-məşq toplanışına yollanıb
-
12:20
“ÇL-də əvvəlkilərdən daha yaxşı nəticə göstərəcəyimizə ümid edirəm”
-
11:56
Azərbaycan millisinin oyunlarının təqvimi müəyyənləşdi
-
11:31
Arif Əsədov: “Milliyə çağırılan oyunçuların hamısına şans vermək istəyirik”
-
10:19
Millimizin rəqibinin heyəti açıqlanıb
-
10:04
Cəlal mövsümün son oyununda qələbəyə sevindi
-
09:47
Emin Mahmudov azarkeşlərdən üzr istədi: "Çox utanıram"
-
21:34
Millimizin heyəti açıqlandı
-
21:22
Azərbaycan millisini yoldaşlıq oyunlarına çıxaracaq məşqçilər müəyyənləşdi
-
21:00
Azərbaycanda futbol mövsümünün ən yaxşıları mükafatlandırıldı FOTOLENT
-
19:17
Azərbaycan boksçusundan uğurlu start
-
18:50
Bakıda UEFA-nın dəstəyi ilə festival keçirilib
-
18:28
Sxadadze daha 3 il "Qəbələ"də
-
17:39
Azərbaycan Cüdo Federasiyasının prezidenti dünya çempionları ilə görüşüb
-
17:02
"Sumqayıt"ın əvəzolunmazı
-
16:41
II Liqaya vəsiqə uğrunda pley-off oyunlarının vaxtı açıqlandı
-
16:14
Kapitan: “Məqsədimiz yenidən Avropa çempionu olmaqdır”
-
15:56
7 güləşçimiz Gürcüstanda medal qazanıb
-
15:35
Minifutbol Federasiyasının vitse-prezidenti: “Titulu qorumaq istəyirik”
-
15:23
Son turda mövsümün rekordu
-
15:07
Millimizin baş məşqçisi: “Ötən Avropa çempionatı ilə müqayisədə daha da güclənmişik”
-
14:59
AFFA-dan I Liqanın qalibinə "yaşıl işıq"
-
14:48
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
-
14:32
Mahmudov “Neftçi”nin tarixinə düşdü
-
14:24
Minifutbol millimizin açıq məşqi keçirilib
-
14:16
Azərbaycan sumoçuları Avropa çempionatında 11 medal qazanıblar
-
14:03
Azərbaycan millisinin heyətində dəyişiklik
-
13:27
"Barselona" mövsümü qələbə ilə başa vurdu VİDEO
-
13:15
"Qəbələ" 6 legionerlə vidalaşdı
-
12:54
Klub rəhbəri Ayxan Abbasovun işinə qiymət verdi
-
12:40
Bədavi Hüseynov: “İnanmazdım ki, 10 qat ölkə çempionu olacağam”
-
12:31
Mahir mövsümün son oyununda oynadı
-
12:19
"Turan Tovuz" yeni mövsümdə avrokuboklar üçün oynayacaq
-
11:52
Lamiyə Vəliyeva Azərbaycanın paralimpiya tarixinə düşüb
-
11:28
Rəşad Sadıqovdan yubiley qələbəsi
-
11:05
Brkiç: “Azarkeşlərdən üzr istəyirəm”
-
10:46
Azərbaycan Voleybol Federasiyası Qaxda təlim-məşq toplanışı təşkil edib
-
10:24
"Roma"nın məğlubiyyəti VİDEO
-
10:13
Azərbaycan cüdoçuları Avropa Kubokunu beş medalla başa vurublar
-
09:57
"Atalanta" 3 xalı 3 qolla qazandı VİDEO
-
09:49
Elvin Cəfərquliyev: “Çempionluq asan əldə olunmur”
-
09:30
Əyyub Allaş "Qəbələ" ilə vidalaşdı
-
23:45
2023/2024 mövsümünün mükafatlandırma mərasimi VİDEO
-
22:34
"Araz-Naxçıvan" - "Qarabağ" matçında 4 qol VİDEO
-
22:16
“Hamı bu anı səbirsizliklə gözləyir”
-
21:57
Elmar Baxşıyev: “Mən təzyiqləri "Qəbələ"də də hiss etmişəm”
-
21:24
Azərbaycan Premyer Liqasında 2023/24 mövsümünə yekun vuruldu
-
21:08
Azərbaycanın sərbəst güləş millisi Avropa çempionu oldu
-
20:12
Ayxan Abbasov: “Bakıda 5-6 meydança var, onları da sökürlər”