24 May 2024, Cümə
Avroliqanı "Atalanta" qazandı
I Liqada çempion məlum oldu
II Liqanın bombardiri mükafatlandırıldı
II Liqada mövsümə yekun vuruldu

Futzal

Millimizin üzvü: "Futzal mənim üçün hər şeydir"

"Gizlətmirəm. Futzal mənim üçün hər şeydir. Mağazaya gedib qızım və həyat yoldaşım üçün nəsə ala bilirəmsə, hamısı bunun sayəsindədir".

Futbolxeber.az-ın məlumatına görə, bunu Rusiyanın "Tümen" klubunda çıxış edən Azərbaycan millisinin futzalçısı Rafael Vilela "72.ru" saytına müsahibəsində deyib.

30 yaşlı hücumçu vaxtının əksəriyyətini idmana sərf etdiyini bildirib. 2022-ci ilin əvvəlində Rusiya təmsilçisinə keçən braziliyalı oyunçu Tümen şəhərini çox bəyəndiyini söyləyib: "Bura gözəl və təmizdir. Əslində çox yerə getmirəm. Hazırda soyuqdur və bizdə ciddi idman rejimi var. Hətta həftəsonları da zalda məşq edirəm. Axşamlar isə ailəmlə, dostlarımla ünsiyyət qururam".

Vilela rusların braziliyalılar qədər açıq olmadığını sözlərinə əlavə edib: "Sizdə belə mentalitet olduğunu başa düşürəm. Biz dərhal ünsiyyət qurmağa başlayırıq. Ancaq Rusiyada belə şey yoxdur. Tümendə daha çox braziliyalının olmasını istərdim. Bir-iki həmyerlimiz olsaydı, bu qədər darıxdırıcı olmazdı və uyğunlaşma daha yaxşı keçərdi".

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31