29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Futzal

“Hazırda bu məsələ AFFA-da rəhbərlik tərəfindən ən aktiv müzakirə olunan məsələlərindən biridi”

“Hazırda bu məsələ AFFA-da rəhbərlik tərəfindən və Futzal Federasiyası tərəfindən ən aktiv müzakirə olunan məsələlərindən biridir”.

Futbolxeber.az saytının məlumatına görə, bunu AFFA-nın baş katibi Sərxan Hacıyev futzal üzrə ölkə çempionatında İran və Əfqanıstandan xeyli sayda legionerin cəlb olunması məsələsinə münasibət bildirərkən deyib.

O, yeni mövsümdən bu məsələ ilə bağlı qərar qəbul olunacağını bildirib: “Gələn ildən Premyer Liqada çıxış edən legioner məsələsinə limit və kriteriyaların tətbiq edilməsi ciddi şəkildə müzakirə edilir. Məsələn, ola bilsin ki, Premyer Liqada gəlib çıxış etmək üçün legioner öz ölkəsindəki yüksək liqasında, ya millisində oynamalıdır. Məsələn, Əfqanıstan yığmasının üzvü olmalıdır ki, Azərbaycanda çıxış edə bilsin. Bunu misal üçün deyirəm. Bununla bağlı müzakirələr gedir”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31