29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Futzal

Polşa - Azərbaycan oyununun hakimləri açıqlanıb

Futzal üzrə Azərbaycan millisinin DÇ-2024-ün əsas mərhələsinin VI qrupunda Polşa ilə keçirəcəyi oyunun hakim təyinatları açıqlanıb.

Futbolxeber.az saytının məlumatına görə, qarşılaşmanı Estoniya və Latviyadan olan referilər idarə edəcəklər.

Estoniyalı Yaqnar Yakobson, Qriqori Oşomkov və latviyalı İnqus Purins matçda ədalət təmsilçisi olacaqlar. Onların işinə sloveniyalı hakim-inspektor Silvo Borosak qiymət verəcək. Portuqaliyalı Joao Roça isə UEFA nümayəndəsi kimi iş başında olacaq.

Qeyd edək ki, martın 7-də Koszalin idman zalında keçiriləcək Polşa - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31