Futzal
“Təmkin “futbolla vidalaşdım, artıq futzalçı kimi çıxış edəcəm” deyə, qərar verməyib”
Böyük futbolu müvəqqəti də olsa futzala dəyişən və İkinci Liqada “Rəvan”ın formasını geyinən Təmkin Xəlilzadənin Azərbaycan Futzal Federasiyasının saytına müsahibə verib. Futbolxeber.az həmin müsahibəni təqdim edir:
- Artıq futzal üzrə İkinci Liqada iki oyun keçirmisən. Yaşıl meydanı parketə dəyişməyin hansı çətinliklərini qeyd edərdin?
- Əslində, futzala keçməmişəm. Qışda klubumla yollarımızı ayırdıq, ondan sonra başqa komanda ilə anlaşmadım. Klubsuz qaldığıma görə və formamı qorumaq üçün əsasən dostlarımın çıxış etdiyi “Rəvan” komandasına qoşuldum. Əksəriyyəti ilə bir yerdə böyümüşük, uşaqlıq illərimiz bir yerdə keçib. Xahiş etmişdim ki, artıq çəki yığmamaq üçün sizə qoşulum, formamı müəyyən qədər qoruyum. Onlar da xahişimə müsbət cavab verdilər. Artıq iki oyunda komandama kömək etmişəm. Oyunlar, nəticə özüm üçün də maraqlıdır. Ancaq Təmkin Xəlilzadə “futbolla vidalaşdım, artıq futzalçı kimi çıxış edəcəm” deyə, qərar verməyib. Futzalı sonuncu dəfə 5-6 il əvvəl oynamışdım.
- Formanı qorumaq üçün Yüksək və ya Birinci Liqada iştirak edən daha güclü komandalara üz tutmaq olmazdımı?
- Futzal oynamaq fikrim olsaydı, Yüksək Liqa klublarına müraciət edərdim. Zatən “Neftçi” İK-da da çoxlu dostlarım var, onlar da dedilər ki, gələrdin bizim komandaya. Burada müvəqqətiyəm. Futzalı futbolçu karyeramı bitirdikdən sonra seçəcəm. Onda daha güclü, iddialı komandada oynayacam.
- Futbol klublarından dəvət almadığını dedin. İddialı komandalardan dəvət yox idi, yoxsa Azərbaycan Premyer Liqasında iştirak edən komandalardan heç biri millinin üzvünün xidmətində maraqlı olmadı?
- 1-2 klubdan təklif var idi, amma şərtlərdə oraq məxrəcə gələ bilmədik. Həm də təkliflər tam ciddi deyildi deyə, arxasınca düşmədim. Maraqlandılar, görüşdük, sonra qarşı tərəfdən xəbər gözlədim, amma cavab gəlmədi. Menecerlər ölkə xaricində oynamaqla bağlı varinatları da nəzərdən keçirdilər, təəssüf ki, alınmadı. Birində limitlə bağlı problem yarandı, digərində maliyyə çatışmazlığı oldu. Gözləməkdən başqa varinatımız yoxdur. Yayda vəziyyəti yenidən dəyərləndirəcəm.
- Ola bilərmi, futzal millisində oynamaq təklifi gəlsin?
- Milli komandaya canımız qurbandır. Əgər bilsəm ki, daha böyük futbol oynamayacam, onda niyə də olmasın?! Millinin formasını geyinmək hər kəs üçün fəxrdir, şərəfdir. Ancaq hələ ki, planlarım futbolla bağlıdır.
- Futbolçu dostlarından əlaqə saxlayan, maraqlanan olurmu?
- Əlbəttə, “Zirə”dəki uşaqlarla tez-tez danışırıq, digər klublarda çıxış edən dostlarımızla da görüşürük. Hər şey qaydasındadır, həyat öz axarı ilə gedir. Yeganə problem futbol oynamamağımla bağlıdır.
- “Zirə”dən ayrılmağın gözlənilməz oldu...
- Heç bir problem olmadı. Baş məşqçi Rəşad Sadıqovla görüşdük, söhbət etdik, vəziyyəti dəyərləndirdik və ayrılmaqla bağlı razılığa gəldik.
- Klub sənin xidmətində maraqlı olmadı?
- Açığı, özüm də qalmaq istəmirdim. 50-nin 50-yə dəyərləndirərdim. Hər şey qarşılıqlı razılıq əsasında oldu. Əlbəttə, martda millinin toplanışında və rəsmi oyunlarında iştirak etməyəcəyimə görə, təəssüflənirəm.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi”dən AFFA-ya növbəti transfer reallaşdı - ÖZƏL
- “Neftçi”nin futbolçusundan hörmətsizlik - “Sabah”ın formasında şəkil paylaşdı
- Azərbaycan Premyer Liqasının son 2 turunda əcnəbi hakimlər - EKSKLÜZİV
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Hələlik çempionatda 10 komanda qalmalıdır”
- AFFA “sıfırlandı” - QEYD
- Bir fotonun qorxusu... - QEYD
- “Qarabağ”ın mükafatlandırma mərasiminin yeri və məkanı dəyişdi - ÖZƏL
- Azərbaycan Premyer Liqasında komanda sayı artırılmadı
- AFFA-dan ayrı-seçkilik: “Kəpəz”ə pul tapılır, “Turan Tovuz”a yox
- İcraiyyə Komitəsinin üzvü: “İclasın 4 saatdan çox çəkməsi gərgin müzakirələrlə bağlı deyil”
- “Neftçi”də Emin Mahmudovun “torbası tikilir”?
- Qaş düzəldən yerdə vurub göz çıxarmaq
- “Neftçi”də maliyyə böhranı
- Mövsümün bəxtsizi - “Səbail”
- İcraiyyə Komitəsi legioner limiti ilə bağlı qərar qəbul etdi
-
13:33
Azərbaycan boksçusu lisenziya turnirində növbəti qələbəsini qazanıb
-
12:48
3x3 basketbol millimiz təlim-məşq toplanışına yollanıb
-
12:20
“ÇL-də əvvəlkilərdən daha yaxşı nəticə göstərəcəyimizə ümid edirəm”
-
11:56
Azərbaycan millisinin oyunlarının təqvimi müəyyənləşdi
-
11:31
Arif Əsədov: “Milliyə çağırılan oyunçuların hamısına şans vermək istəyirik”
-
10:19
Millimizin rəqibinin heyəti açıqlanıb
-
10:04
Cəlal mövsümün son oyununda qələbəyə sevindi
-
09:47
Emin Mahmudov azarkeşlərdən üzr istədi: "Çox utanıram"
-
21:34
Millimizin heyəti açıqlandı
-
21:22
Azərbaycan millisini yoldaşlıq oyunlarına çıxaracaq məşqçilər müəyyənləşdi
-
21:00
Azərbaycanda futbol mövsümünün ən yaxşıları mükafatlandırıldı FOTOLENT
-
19:17
Azərbaycan boksçusundan uğurlu start
-
18:50
Bakıda UEFA-nın dəstəyi ilə festival keçirilib
-
18:28
Sxadadze daha 3 il "Qəbələ"də
-
17:39
Azərbaycan Cüdo Federasiyasının prezidenti dünya çempionları ilə görüşüb
-
17:02
"Sumqayıt"ın əvəzolunmazı
-
16:41
II Liqaya vəsiqə uğrunda pley-off oyunlarının vaxtı açıqlandı
-
16:14
Kapitan: “Məqsədimiz yenidən Avropa çempionu olmaqdır”
-
15:56
7 güləşçimiz Gürcüstanda medal qazanıb
-
15:35
Minifutbol Federasiyasının vitse-prezidenti: “Titulu qorumaq istəyirik”
-
15:23
Son turda mövsümün rekordu
-
15:07
Millimizin baş məşqçisi: “Ötən Avropa çempionatı ilə müqayisədə daha da güclənmişik”
-
14:59
AFFA-dan I Liqanın qalibinə "yaşıl işıq"
-
14:48
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
-
14:32
Mahmudov “Neftçi”nin tarixinə düşdü
-
14:24
Minifutbol millimizin açıq məşqi keçirilib
-
14:16
Azərbaycan sumoçuları Avropa çempionatında 11 medal qazanıblar
-
14:03
Azərbaycan millisinin heyətində dəyişiklik
-
13:27
"Barselona" mövsümü qələbə ilə başa vurdu VİDEO
-
13:15
"Qəbələ" 6 legionerlə vidalaşdı
-
12:54
Klub rəhbəri Ayxan Abbasovun işinə qiymət verdi
-
12:40
Bədavi Hüseynov: “İnanmazdım ki, 10 qat ölkə çempionu olacağam”
-
12:31
Mahir mövsümün son oyununda oynadı
-
12:19
"Turan Tovuz" yeni mövsümdə avrokuboklar üçün oynayacaq
-
11:52
Lamiyə Vəliyeva Azərbaycanın paralimpiya tarixinə düşüb
-
11:28
Rəşad Sadıqovdan yubiley qələbəsi
-
11:05
Brkiç: “Azarkeşlərdən üzr istəyirəm”
-
10:46
Azərbaycan Voleybol Federasiyası Qaxda təlim-məşq toplanışı təşkil edib
-
10:24
"Roma"nın məğlubiyyəti VİDEO
-
10:13
Azərbaycan cüdoçuları Avropa Kubokunu beş medalla başa vurublar
-
09:57
"Atalanta" 3 xalı 3 qolla qazandı VİDEO
-
09:49
Elvin Cəfərquliyev: “Çempionluq asan əldə olunmur”
-
09:30
Əyyub Allaş "Qəbələ" ilə vidalaşdı
-
23:45
2023/2024 mövsümünün mükafatlandırma mərasimi VİDEO
-
22:34
"Araz-Naxçıvan" - "Qarabağ" matçında 4 qol VİDEO
-
22:16
“Hamı bu anı səbirsizliklə gözləyir”
-
21:57
Elmar Baxşıyev: “Mən təzyiqləri "Qəbələ"də də hiss etmişəm”
-
21:24
Azərbaycan Premyer Liqasında 2023/24 mövsümünə yekun vuruldu
-
21:08
Azərbaycanın sərbəst güləş millisi Avropa çempionu oldu
-
20:12
Ayxan Abbasov: “Bakıda 5-6 meydança var, onları da sökürlər”