10 Iyun 2024, Bazar ertəsi
“Zirə”də üç yeni müqavilə - RƏSMİ
Millimizin heyətində dəyişiklik
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu

Futzal

Joze Alesio: "Qrupun qalibi Polşadakı oyunda müəyyənləşəcək"

"Uşaqları təbrik edirəm. Polşa ilə oyundan sonra düşərgəmizdəki vəziyyəti bilirdim, ona görə də oyunçuları matça daha çox psixoloji baxımdan hazırladıq. Çünki əksəriyyəti oyunun asan keçəcəyini düşürdü".

Futbolxeber.az-ın Azərbaycan Futzal Federasiyasının saytına istinadən verdiyi məlumata görə, bu sözləri futzal millimizin baş məşqçisi Joze Alesio Da Silva DÇ-2024-ün əsas mərhələsi çərçivəsində Yunanıstanı 7:0 hesabı ilə darmadağın etdikləri matç haqqında danışarkən deyib.

Braziliyalı mütəxəssis bildirib ki, qrupun qalibi Polşada müəyyənləşəcək: "Konsantrasiya mən istəyən səviyyədə deyildi. Buna görə də intizamlı oynadıq, qol buraxmadıq. Çalışırdıq ki, hesabı erkən açaq. Ardıcıl 2 qol vurduqdan sonra rəqib müdafiədən çıxmağa, əks-hücumlar qurmağa başladı. Bu da xeyrimizə işlədi. Sona 5 dəqiqə qalmış qapıçını da meydan oyunçusu ilə əvəzlədim. Hesabdakı fərqi artırmaq vacib idi. Çünki top fərqi yekunda gərəyimiz ola bilər. Yenə deyirəm, indi asan rəqib, rahat udulacaq komanda yoxdur. Gərək məşq zamanı, eləcə də oyundan əvvəl taktiki planda verilən tapşırıqları dəqiq yerinə yetirəsən. Bu gün bunu bacardıq və bəhrəsini gördük. Qrupun qalibi Polşadakı oyunda müəyyənləşəcək”.

Qeyd edək ki, Azərbaycan yığması ötən tur Polşanı 4:3 hesabı ilə məğlub edib. Yunanıstan isə Polşaya 3 cavabsız qolla uduzub. Komandamız 3-cü oyununu Yunanıstana qarşı evdə, sonuncu - 4-cü görüşünü isə səfərdə Polşaya qarşı keçirəcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30