8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Futzal

Joze Alesio: "Qələbədən başqa nəticə haqda düşünmürük"

“Komandada əhval-ruhiyyə yaxşıdır. Fikrimcə, Bakıda Polşa ilə matçda vacib qələbə qazandıq. Sadəcə, uşaqlarda yol yorğunluğu var. Bu gün görüşün keçiriləcəyi arenada ilk məşqimizi keçirdik".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri futzal millimizin baş məşqçisi Joze Alesio Da Silva DÇ-2024-ün əsas mərhələsi çərçivəsində sabah Yunanıstanla oyuna öncəsi deyib

"Çox diqqətli olmalıyıq. Çünki oyun bizim qədər rəqib üçün də vacibdir. Məncə, bu duel Yunanıstan üçün növbəti mərhələyə yüksəlmək baxımından bəlkə də son şans olacaq. Ona görə onlar maksimum güc sərf edib, qələbə qazanmağa çalışacaqlar. Onlar 3 xal qazansalar, qrupda hər kəsin xalı bərabər olacaq. Məğlub olsalar, çox cüzi şansları qalacaq. Oyunçularla söhbət etmişəm, qələbədən başqa nəticə haqda düşünmürük" - deyə o bildirib.

Joze Alesionun sözlərinə görə, heyətlə bağlı müəyyən dəyişiklik olacaq: "Felipinyonun cəzası başa çatıb və o, artıq meydana çıxa biləcək. Ancaq Fineo bu dəfə bizə kömək edə bilməyəcək. Onun zədəsi var. Bakıdakı matça həkimin köməyi ilə çıxmışdı, bu dəfə qərara gəldik ki, risk etməsin”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30