7 Iyun 2024, Cümə
Otto Con daha 1 il “Turan Tovuz”da
Minifutbol millimiz 1/4 finalda
“Zirə”dən 2 transfer - RƏSMİ
"Səbail"da 2 illik yeni müqavilə

Futzal

Joze Alesio: “İki oyundan maksimum xal toplamaq istəyirik”

Dünya çempionatının əsas mərhələsi çərçivəsində oktyabrln 7-də Bakı İdman Sarayında, saat 20:00-da Polşa ilə qarşılaşacaq futzal üzrə Azərbaycan milli komandasının mətbuat üçün açıq məşqi keçirilib. 

Futbolxeber.az saytının məlumatına görə, məşqdən əvvəl baş məşqçi Joze Alesio Da Silvanın iştirakı ilə brifinq təşkil olunub.

Braziliyalı mütəxəssis ilk öncə hazırlıq barədə danışıb: “İki gündür məşqlərə başlasaq da, tam heyətlə hazırlıq keçə bilmirik. Bir neçə oyunçumuz sabah komandaya qoşulacaq. Qarşıda daha 2 günümüz var və bundan maksimum istifadə edəcəyik ki, oyuna maksimum hazır olaq”.

Alesio heyətdəki itkilərdən də söz açıb: “Təəssüf ki, Eduardo Borges və Ramiz Çovdarov zədə səbəbindən Polşa və Yunanıstanla oyunları buraxacaq. Xətai Bağırov və İsa Atayev isə sənədlə bağlı problemlərini həll ediblər və sabah komandaya qoşulacaqlar”.

Millimizin çalışdırıcısı komandasının məqsədi barədə bunlar deyib: “İki oyundan maksimum xal toplamaq istəyirik. Hər iki rəqibimizə hörmətlə yanaşırıq. Polşa millisi fiziki və taktiki baxımdan güclü komandadır. 6-7 ildir ki bir yerdə məşq edirlər. Portuqaliya və Braziliyaya qarşı oyunlarını izləmişəm. Qrup oyunlarına isə Yunanıstan üzərində qələbə ilə başlayıblar. Çətin oyun olacaq. Yunanıstan millisi də asan yeniləcək komanda deyil. Ümumiyyətlə, indi zəif komanda yoxdur”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30