28 May 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Futzal

Joze Alesio: "Oyunun gedişində bunun fəsadlarını yaşadıq"

“Əvvəlcədən də bura ciddi itkilərlə gəldiyimizi demişdim. Oyunun gedişində bunun fəsadlarını yaşadıq. Birinci hissədən razı qaldım. İntizamlı, taktiki planda düzgün oynadıq. Müdafiədə etibarlı, hücumda məhsuldar olduq. Uşaqlar dediklərimi meydanda tətbiq edə bildilər. Buna görə də fasiləyə hesabda üstün yollandıq”. 

Futbolxeber.az-ın məlumatına görə, bu sözləri futzal millimizin baş məşqçisi Joze Alesio Da Silva Qazaxıstana 3:5 hesabı ilə uduzduqları yoxlama oyunundan sonra Azərbaycan Futzal Federasiyasının saytına açıqlamasında deyib.

O, ikinci hissədə güclərinin çatmadığını bildirib: "Əvəzetmələrdən az istifadə etdiyimizə görə, əsas ağırlıq bir neçə futzalçının üzərinə düşdü. Onlar da yoruldular. Bu azmış kimi, 2 oyunçumuz zədələndi. Edurado oyunu davam etdirə bilmədi. Qalo isə zədəli olmasına rəğmən, sona qədər meydanda qaldı, bacardığı qədər kömək etdi. Hər iki futzalçının sabahkı oyunda meydana çıxacağı sual altındadır. Ramiz Çovdarovun da yüngül zədə var. Bu oyun Polşa və Yunanıstanla matça hazırlıq baxımından yaxşı sınaq oldu”




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31