Futzal
“Məni heyətə çempion olmaq üçün dəvət ediblər”
Azərbaycan millisinin qapıçısı Rövşən Hüseynli azfutzal.az-a müsahibə verib.
Futbolxeber.az saytının məlumatına görə, karyerasını Rusiyanın “Torpedo” klubunda davam etdirəcək qolkper keçidi və hədəflərindən danışıb.
- Karyeranda yeni səhifə açılır və bu münasibətlə səni təbrik edirik. Keçidlə bağlı təklifi nə vaxt aldın?
- Hələ 2020-ci ildə bu klubdan təklif almışdım, danışığımız olmuşdu. Sadəcə, COVİD-19-la bağlı əksər çempionatlar dayandırıldı. Buna görə də danışıqlara ara verdik. Təxminən bir həftə əvvəl Nijni Novqorod təmsilçisinin rəsmiləri yenidən mənimlə əlaqə yaratdılar və komandaya dəvət etdilər. Əlbəttə, “Araz-Naxçıvan”la müqaviləm davam etdiyinə görə, əvvəlcə klub rəhbərliyinin razılığını almalı idim. Onlar da qarşıda klubu pley-off mərhələsinin oyunları gözləməsinə rəğmən, keçidim üçün “yaşıl işıq” yandırdılar.
- Müqavilə hansı müddəti əhatə edəcək?
- Qarşıdakı iki ayı əhatə edəcək. Sonrakı mərhələ üçün mövsümün sonunda danışacağıq.
- Yeni komandana nə vaxt qoşulacaqsan?
- Martın 27-də səfərə çıxacağam və ertəsi gün rəsmi müqavilə bağlayacağıq. Amma ilkin anlaşmaya artıq hər iki tərəf imza atıb.
- Transfer niyə məhz indi baş tutdu?
- “Torpedo”nun əsas qapıçısı ukraynalı Yevgeni İvanyak idi. Məlum hadisələrdən sonra qolkiper Belçika klublarından birinə keçdi. Nəticədə Nijni Novqorod təmsilçisi mənimlə anlaşdı. Həm də Rusiya Mini-Futbol Assosiasiyası hazırkı məqamda klublara ancaq qapıçı transfer etməyə icazə verib.
- “Torpedo” hazırda Superliqanın lideridir və mövqeyini qorumağa çalışır. Digər tərəfdən, UEFA məlum məsələ ilə əlaqədar Rusiya klublarının və millisinin öz bayrağı altında təşkil etdiyi bütün yarışlarda iştirakına qadağa qoyub. Bu vəziyyətlə bağlı nə düşünürsən?
- Bu haqda danışmaq tezdir. Zaman özü hər şeyi tənzimləyəcək. İndiki məqamda komandanın məqsədi Rusiya çempionu olmaqdır. Məni də heyətə bu məqsədlə dəvət ediblər. Hələ ki, çempion olaq. Növbəti qərar zamanı təbii ki, real vəziyyəti dəyərləndirib, ona uyğun qərar verəcəm.
- “Araz-Naxçıvan”ı mayda çətin pley-off oyunları gözləyir. Belə məqamda gedişin klub rəhbərliyi tərəfindən necə qarşılandı? Onlar üçün çətin olmayacaq?
- Razıyam, “Araz-Naxçıvan”ı çətin pley-off mərhələsi gözləyir. İnanıram ki, bu heyət işinin öhdəsindən gələcək və qarşıya qoyulan məqsədə çatacaq. Açığı, qarışıq hisslər keçirirəm. İlk dəfə legioner həyatı yaşayacağam, başqa ölkənin çempionatında çıxış edəcəyəm. Əlbəttə, həm klubumdan razılıq almaq, həm də ayrılmaqla bağlı özümün qərar verməyim asan olmadı. Amma bu qərar hər iki tərəf üçün yaxşı şans və andır. Çalışacağam “Araz-Naxçıvan”ın adını uca edim, özümü yaxşı tərəfdən göstərim, digər oyunçularımız üçün də yol açım. “Araz-Naxçıvan” rəhbərliyinə gedişimə şərait yaratdığına görə təşəkkür edir, qarşıdakı oyunlarda uğur arzulayıram. Bu ad futzalımız üçün bir brenddir, onu qorumalı, uca tutmalıyıq.
- Bəs başqa klubdan necə, təklif var idi?
- Var idi. Bu mövsüm Fransanın iki klubundan təklif almışdım. İlk təklif yay fəslinə təsadüf etdi. Həmin vaxt komanda UEFA Çempionlar Liqasının ilkin mərhələsinin oyunlarına yollanmağa hazırlaşırdı. Səfərə çıxmağımıza az vaxt qalmışdı. Komandanın qarşısına isə mərhələ adlamaq, əsas raundda iştirak etmək tapşırığı qoyulmuşdu. Ona görə “Araz-Naxçıvan”dan ayrıla bilmədim. Qış fasiləsində gələn dəvət isə sərfəli deyildi.
- İlk dəfə legioner həyatı yaşayacaqsan. Darıxmayacaqsan?
- Bunun həyəcanını indidən yaşayıram. Darıxmayacağam, çünki peşəkar idmançıyam, öz qərarımın ardınca gedirəm. Çalışacağam karyeramda açılan yeni səhifə uğurlu alınsın, Bakıya Rusiya çempionu kimi dönüm.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi”dən AFFA-ya növbəti transfer reallaşdı - ÖZƏL
- “Neftçi”nin futbolçusundan hörmətsizlik - “Sabah”ın formasında şəkil paylaşdı
- Azərbaycan Premyer Liqasının son 2 turunda əcnəbi hakimlər - EKSKLÜZİV
- AFFA “sıfırlandı” - QEYD
- Hər şey vəzifəyə çatana qədər idi, Sərxan bəy?
- Slovakiyanın ölkəmizdəki səfiri: “...Vayss sentyabrdan Azərbaycan millisində fəaliyyətə başlayacaq”
- Adil Nağıyevin yeni klubu müəyyənləşdi
- Bir fotonun qorxusu... - QEYD
- AFFA-dan ayrı-seçkilik: “Kəpəz”ə pul tapılır, “Turan Tovuz”a yox
- Azərbaycan Premyer Liqasında komanda sayı artırılmadı
- İcraiyyə Komitəsinin üzvü: “İclasın 4 saatdan çox çəkməsi gərgin müzakirələrlə bağlı deyil”
- ETOPAZ-dan Ulu öndər Heydər Əliyevlə bağlı paylaşım
- Qaş düzəldən yerdə vurub göz çıxarmaq
- Riad Rəfiyev: “Bu komanda, bu şəhər, bu azarkeş avrokuboklara layiq idi”
- “Neftçi”də maliyyə böhranı
-
23:23
"Turan Tovuz"da yeni müqavilə
-
22:55
U-21 də Slovakiyaya məğlub oldu
-
22:49
Millimiz Albaniyaya uduzdu
-
21:12
"Səbail" Bahadur Həziyevi də göndərdi
-
20:51
Kimdir müqəssir?
-
20:38
U-19 millimiz darmadağın oldu
-
20:24
Albaniya - Azərbaycan: Heyətlər açıqlandı
-
19:49
Abdolbari Gozal "Qarabağ"ın rəsmiləri ilə görüşdü FOTOLENT
-
19:30
Şəhriyar Əliyev: “Ayxan Abbasovun istefası gözlənilməz oldu”
-
19:17
DÇ: Azərbaycan şahmatçıları növbəti qələbələrini qazanıblar
-
18:53
Azərbaycan atleti Avropa çempionatında mübarizəni dayandırıb
-
18:26
Şəhid övladları üçün yay düşərgəsi başa çatdı FOTOLENT VİDEO
-
17:42
"Səbail" onunla yollarını ayırdı
-
17:08
AFFA klublara lisenziyalar təqdim etdi
-
16:55
Azərbaycan ağırlıqqaldıranları Avropa birinciliyində iştirak edəcəklər
-
16:31
"Şamaxı" daha bir futbolçunu göndərdi
-
16:19
"Gəncə"dən iki transfer
-
16:04
Turan Bayramov 1/4 finalda uduzdu
-
15:48
Azərbaycanın U-19 millisinin rəqibləri məlum olub
-
15:37
Cabir Əmirli daha 1 il "Səbail"də
-
15:23
U-17 millimizin rəqibləri müəyyənləşib
-
15:00
Millimizin futbolçusunun viza məsələsi həll olundu: “Sabahdan məşqlərə qoşulacam”
-
14:52
Azərbaycan paraüzgüçüsü Dünya Seriyasında finala yüksəlib
-
14:19
"Kəpəz" onunla vidalaşdı
-
13:45
PFL Qara Qarayevi nə vaxt mükafatlandıracaq?
-
13:34
AFFA Qəbələ və İsmayıllıda "Bahar turniri" keçirəcək
-
12:58
Azərbaycan klubu baş məşqçisi ilə vidalaşıb
-
11:21
Otto Con daha 1 il “Turan Tovuz”da
-
11:03
Fərhad Rəcəbli onuncu dəfə Avropa çempionu olub
-
10:17
"Beşiktaş" "Qarabağ"ın futbolçusu üçün israr edir
-
09:52
Azərbaycan millisi sabah Ermənistanla qarşılaşacaq
-
09:30
Qvineya millisi Benzianı məyus etdi
-
23:47
“Neftçi”nin yarımmüdafiəçisi Dohada 90 dəqiqə oynadı
-
23:24
Azərbaycanın sərbəst güləşçilərindən iki medal
-
21:58
"Turan Tovuz"da yeni müqavilə
-
20:21
Arif Əsədov: "Millimizin uğurlu olması üçün hər şey edəcəm"
-
20:00
Minifutbol millimiz penaltilərlə uduzub, Avropa çempionatı ilə vidalaşdı
-
19:15
"Şamaxı"da növbəti ayrılıq
-
18:33
Qara Qarayevin qolu mayın ən yaxşısı seçildi VİDEO
-
18:20
Premyer Liqa klubları VAR-la bağlı qərarını verdi
-
17:52
"Qızıl top" sahibinə nə vaxt qovuşacaq?
-
16:44
Azərbaycanın amputant millisi Yunanıstana qalib gəlib
-
16:38
Silvinyo: "Azərbaycan millisi bizi çətin vəziyyətə sala bilər"
-
15:19
Ayxan Quseynov "Turan Tovuz"la yeni müqavilə imzaladı
-
14:51
DÇ: Azərbaycan şahmatçısı vahid lider oldu
-
14:27
Azərbaycan - Albaniya: 19 manatdan 221 manatadək...
-
13:46
Azərbaycan paraüzgüçüləri Dünya Seriyasında iştirak edəcəklər
-
13:15
Azərbaycanla oyunu canlı izləyəcək
-
12:33
Həndbol millimiz Rusiyaya yollanıb
-
12:08
“Şamaxı”da daha bir ayrılıq