28 May 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Futzal

Azərbaycan millisindən yubiley qolu

Avropa çempionatının son seçmə oyununda Yunanıstan üzərində 4:0 hesablı qələbə futzal üzrə Azərbaycan millisi üçün əlamətdar olub.

Futbolxeber.az-ın federasiyanın rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda indiyədək iştirakçısı olduğu Avropa çempionatının seçmə və final mərhələlərində 178 qol vurub.

Yığma cari seçmə mərhələdə isə rəqiblərin qapılarından 22 top keçirib. Bununla da qitə birinciliklərində 200-cu qol vurulub.

Yubiley qolunun müəllifi Yunanıstanla oyunda rəqibi 4-cü dəfə meydanın mərkəzinə dəvət edən Ramiz Çovdarov olub.

Qeyd edək ki, ilk dəfə 1995-ci il oktyabrın 23-də Niderlandda keçirilmiş Avropa çempionatının seçmə mərhələsinin Polşa ilə görüşündə debüt edən və 6:4 hesabı ilə qələbə qazanan komanda indiyədək 57 matçda gücünü sınayıb.

Bu oyunlardan 28-də qələbə qazanan milli 10 matçda heç-heçə edib, 19 qarşılaşmada isə xalsız qalıb. Öz qapısından 175 top buraxan azərbaycanlı futzalçılar rəqib torunu 200 dəfə silkələyib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31