Futzal
“Avropa çempionatından sonra karyeramı başa vurmağı düşünürəm”
Futzal üzrə Azərbaycan millisinin kapitanı Rizvan Fərzəliyev federasiyanın mətbuat xidmətinin suallarını cavablandırıb.
- Avropa çempionatının seçmə mərhələsində 4 oyuna 12 xal topladınız. Millinin arxada qalan qrup matçlarını necə təhlil edərdiniz?
- Başlanğıc çox çətin oldu. Çünki biz ötən ilin martdan etibarən zalda məşq etməmişdik, heç bir yoldaşlıq və ya rəsmi oyun keçirməmişdik. Bu azmış kimi, cəmi 10 gün ərzində zalda oyuna hazırlaşmalı olduq. Əslində, azı 10-12 gün eləcə zala uyğunlaşmağa lazım idi. Ancaq biz bu müddətdə həm zala uyğunlaşdıq, həm də oyuna hazırlaşdıq. Bakıda oynamağımız üstünlüyümüz oldu. Oyunu izləyənlər də gördü ki, həqiqətən qələbəni çətinliklə qazandıq. Növbəti görüşümüzü rəqib meydanında keçirdik. Səfər amili çətinlik yaratsa da, çalışdıq ki, ilk dəqiqələrdən oyuna nəzarəti özümüdə saxlayaq. Erkən qollar vurduq, bu da işimizi bir qədər yüngülləşdirdi. Son iki duelimiz Moldova ilə oldu.
- Moldova millisi ilə oyunlardan hansı çətin keçib?
- Düzdür, həm Bakıda, həm də səfərdə rəqib qapısından 5 top keçirdik. Ancaq səfərdəki oyun daha ağır oldu. Bakıdakı matçda üstünlüyümüzü rahat şəkildə yaratdıq. Çoreskudakı görüşdə bu qədər rahat ola bilmədik, rəqib imkan vermədi. Buraxdığımız qollar da bunun göstəricisidir. Bakıda rəqib bir dəfə qol sevinci yaşadısa, öz meydanında bu sayı 3-ə çatdırdılar. Ancaq qarşıya qoyulan məqsəd qələbə qazanmaq idi, biz də işimizin öhdəsindən gəldik. Hazırda 4 oyundan 12 xal toplamışıq və zirvədə qərarlaşmışıq. Məncə, qarşıya qoyulan məqsədə addım-addım yaxınlaşırıq.
- Avropa çempionatına vəsiqə təmin edildi. Qalan iki oyunda məqsəd nə olacaq?
- Biz hər oyuna 3 xal qazanmaq üçün çıxacağıq. Vəsiqəni əldə etsək də, birinci pilləni təmin etməliyik. Apreldə səfərdə Slovakiya ilə qarşılaşacağıq. Çətin olacaq, amma Moldova ilə son matçdakı səhvlərimizi təkrarlamasaq, 3 xalla dönəcəyik. Qrup mərhələsinə Yunanıstanla duellə yekun vuracağıq. Bu oyunda da ancaq qələbə qazanmaq üçün meydana çıxacağıq. Bu oyunlar həm də bizə səhvlərimizi düzəltmək, oyun təcrübəsini, eləcə də reytin xallarını artırmaq imkanı verəcək. Niyə bu fürsətdən istifadə etməyək?
- Milli sayca 6-cı dəfə Avropa çempionatına vəsiqə qazandı. Arxada qalan 5 final mərhələsində komandanın heyətində iştirak etmisiniz. Hansı qitə birinciliyi daha yaddaqalan olub?
- Bəli, topladığımız 12 xal növbəti dəfə Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmağımıza kifayət etdi. Bu münasibətlə komandamızı, azarkeşlərimizi təbrik edirəm. Çalışacağam, 6-cı dəfə də qitə birinciliyində iştirak edim. Hər gün məşqlərimi edir, formamı qoruyuram. Yaş baxımından ən çətin turnirim olacaq. Amma uşaqlardan geri qalmamaq üçün əlimdən gələni edirəm. İnanıram ki, ən uğurlu nəticəmizi bu dəfə qazanarıq. Ən yaddaqalan Avropa çempionatı 2010-cu ildə debüt etdiyimiz yarış oldu. Siftəmiz olmasına baxmayaraq, yekunda yarımfinalçı olduq və yarışı dördüncü pillədə başa vurduq. Bu dəfə yaxşı nəticə qazanmalıyıq ki, karyeramı da uğurlu sonluqla yekunlaşdırım. Məhz gələn il keçiriləcək qitə birinciliyindən sonra karyeramı başa vurmağı düşünürəm.
- Karyeranızı bitirdikdən sonra məşqçi kimi fəaliyyət göstərəcəksiniz, yoxsa başqa sahədə çalışacaqsınız?
- Fikrimdə məşqçi kimi çalışmaq var. Bu sahədə özümü indidən sınayıram. Həvəskar komandalarla müxtəlif turnirlərdə iştirak edirəm. Artıq baş məşqçi kimi üç çempionluq qazanmışam. Oyunçu kimi karyeramı bitirdikdən sonra, futzalda məşqçi kimi çalışacağam.
- Qarşıdan Novruz bayramı gəlir. Bu bayramla bağlı xatirələrinizi bölüşə bilərsinizmi?
- Novruz milli bayramımızdır. Bu bayram münsaibəti ilə xalqımızı təbrik edirəm. Əlbəttə, bayramla bağlı xatirələrimiz çoxdur. Uşaq vaxtı papaq atardıq, yumurta döyüşdürərdik, müxtəlif əyləncəli oyunlarda iştirak edərdik. İndi bayramlar əvvəlki kimi keçmir. Allah süfrələri ruzi-bərəkətli eləsin, ən əsası sağlam canla yaşamaq qismətimiz olsun. Onu da deyim ki, bu dəfə Novruz bayramı fərqli əhval-ruhiyyədə keçiriləcək. 30 ilə yaxındır işğal altında olan torpaqlarımızda da indi milli bayramımız olan Novruz qeyd ediləcək. Bu zəfəri bizə yaşadan Ali baş komandana, ordumuza təşəkkür edirəm. Şəhidlərimizin müqəddəs ruhu qarşısında baş əyir, yaralılarımıza tez sağalmağı, qazilərimizə isə can sağlığı arzulayıram. Onu da qeyd edim ki, qardaşım ehtiyatda olan zabit kimi Zəfər yürüşündə iştirak edib. Təbii ki, onunla fəxr edirik.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi”dən AFFA-ya növbəti transfer reallaşdı - ÖZƏL
- “Neftçi”nin futbolçusundan hörmətsizlik - “Sabah”ın formasında şəkil paylaşdı
- Azərbaycan Premyer Liqasının son 2 turunda əcnəbi hakimlər - EKSKLÜZİV
- AFFA “sıfırlandı” - QEYD
- Hər şey vəzifəyə çatana qədər idi, Sərxan bəy?
- Slovakiyanın ölkəmizdəki səfiri: “...Vayss sentyabrdan Azərbaycan millisində fəaliyyətə başlayacaq”
- Adil Nağıyevin yeni klubu müəyyənləşdi
- Bir fotonun qorxusu... - QEYD
- AFFA-dan ayrı-seçkilik: “Kəpəz”ə pul tapılır, “Turan Tovuz”a yox
- Azərbaycan Premyer Liqasında komanda sayı artırılmadı
- İcraiyyə Komitəsinin üzvü: “İclasın 4 saatdan çox çəkməsi gərgin müzakirələrlə bağlı deyil”
- ETOPAZ-dan Ulu öndər Heydər Əliyevlə bağlı paylaşım
- Qaş düzəldən yerdə vurub göz çıxarmaq
- Riad Rəfiyev: “Bu komanda, bu şəhər, bu azarkeş avrokuboklara layiq idi”
- “Neftçi”də maliyyə böhranı
-
23:23
"Turan Tovuz"da yeni müqavilə
-
22:55
U-21 də Slovakiyaya məğlub oldu
-
22:49
Millimiz Albaniyaya uduzdu
-
21:12
"Səbail" Bahadur Həziyevi də göndərdi
-
20:51
Kimdir müqəssir?
-
20:38
U-19 millimiz darmadağın oldu
-
20:24
Albaniya - Azərbaycan: Heyətlər açıqlandı
-
19:49
Abdolbari Gozal "Qarabağ"ın rəsmiləri ilə görüşdü FOTOLENT
-
19:30
Şəhriyar Əliyev: “Ayxan Abbasovun istefası gözlənilməz oldu”
-
19:17
DÇ: Azərbaycan şahmatçıları növbəti qələbələrini qazanıblar
-
18:53
Azərbaycan atleti Avropa çempionatında mübarizəni dayandırıb
-
18:26
Şəhid övladları üçün yay düşərgəsi başa çatdı FOTOLENT VİDEO
-
17:42
"Səbail" onunla yollarını ayırdı
-
17:08
AFFA klublara lisenziyalar təqdim etdi
-
16:55
Azərbaycan ağırlıqqaldıranları Avropa birinciliyində iştirak edəcəklər
-
16:31
"Şamaxı" daha bir futbolçunu göndərdi
-
16:19
"Gəncə"dən iki transfer
-
16:04
Turan Bayramov 1/4 finalda uduzdu
-
15:48
Azərbaycanın U-19 millisinin rəqibləri məlum olub
-
15:37
Cabir Əmirli daha 1 il "Səbail"də
-
15:23
U-17 millimizin rəqibləri müəyyənləşib
-
15:00
Millimizin futbolçusunun viza məsələsi həll olundu: “Sabahdan məşqlərə qoşulacam”
-
14:52
Azərbaycan paraüzgüçüsü Dünya Seriyasında finala yüksəlib
-
14:19
"Kəpəz" onunla vidalaşdı
-
13:45
PFL Qara Qarayevi nə vaxt mükafatlandıracaq?
-
13:34
AFFA Qəbələ və İsmayıllıda "Bahar turniri" keçirəcək
-
12:58
Azərbaycan klubu baş məşqçisi ilə vidalaşıb
-
11:21
Otto Con daha 1 il “Turan Tovuz”da
-
11:03
Fərhad Rəcəbli onuncu dəfə Avropa çempionu olub
-
10:17
"Beşiktaş" "Qarabağ"ın futbolçusu üçün israr edir
-
09:52
Azərbaycan millisi sabah Ermənistanla qarşılaşacaq
-
09:30
Qvineya millisi Benzianı məyus etdi
-
23:47
“Neftçi”nin yarımmüdafiəçisi Dohada 90 dəqiqə oynadı
-
23:24
Azərbaycanın sərbəst güləşçilərindən iki medal
-
21:58
"Turan Tovuz"da yeni müqavilə
-
20:21
Arif Əsədov: "Millimizin uğurlu olması üçün hər şey edəcəm"
-
20:00
Minifutbol millimiz penaltilərlə uduzub, Avropa çempionatı ilə vidalaşdı
-
19:15
"Şamaxı"da növbəti ayrılıq
-
18:33
Qara Qarayevin qolu mayın ən yaxşısı seçildi VİDEO
-
18:20
Premyer Liqa klubları VAR-la bağlı qərarını verdi
-
17:52
"Qızıl top" sahibinə nə vaxt qovuşacaq?
-
16:44
Azərbaycanın amputant millisi Yunanıstana qalib gəlib
-
16:38
Silvinyo: "Azərbaycan millisi bizi çətin vəziyyətə sala bilər"
-
15:19
Ayxan Quseynov "Turan Tovuz"la yeni müqavilə imzaladı
-
14:51
DÇ: Azərbaycan şahmatçısı vahid lider oldu
-
14:27
Azərbaycan - Albaniya: 19 manatdan 221 manatadək...
-
13:46
Azərbaycan paraüzgüçüləri Dünya Seriyasında iştirak edəcəklər
-
13:15
Azərbaycanla oyunu canlı izləyəcək
-
12:33
Həndbol millimiz Rusiyaya yollanıb
-
12:08
“Şamaxı”da daha bir ayrılıq