Futzal
Millimizin üzvü: "Falkao kimi əfsanə ilə birgə olmaq müsbət məqamdır"
"Yaxşı məşqlər keçdik. Həm Bakıda, həm də Kişinyovda bunun üçün imkanımız oldu. Əsasən taktiki planda çalışdıq. Baş məşqçi oyunda necə oynamalı olduğumuzu göstərdi. Əlbəttə, əvvəlki oyunlarda səhvlərimiz oldu. Joze Alesio həmin səhvləri təkrarlamamaq üçün tapşırıqlar verdi. Ümumi qənaətim belədir ki, oyuna hazırıq".
Futbolxeber.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin futzalçısı Vassura Moldova yığması ilə səfərdə keçirəcəkləri Avropa çempionatının seçmə qrup oyunundan əvvəl azfutzal.az-a müsahibəsində deyib.
Braziliyalı legioner ciddi problemlərinin olmadığını açıqlayıb: "Bütün komanda olaraq, oyuna köklənmişik. Zədəli futzalçımız yoxdur. Rafael Vilela cəzalı olduğu üçün bizə qoşulmayıb. Yəqin ki, onun yoxluğunu hiss etdirməyəcəyik".
36 yaşlı oyunçu martın 4-də Bakıda Moldovaya 5:1 hesabı ilə qalib gəlmələrinə baxmayaraq, baş məşqçi Joze Alesio Da Silvanın komandaya iradlar bildirdiyini söyləyib: "Joze Alesio birinci “dördlüy”ün oyunu ilə bağlı narazılığını bildirdi. Taktiki planda düzgün oynamamışdıq. Xüsusən, müdafiədə səhvlərə yol vermişdik. Baş məşqçimiz həmin səhvləri bizə göstərdi. Əlbəttə, bunu təkrarlamamalıyıq".
Səfər qarşılaşmasının turnir cədvəli baxımından çox vacib olduğunu vurğulayan Vassuranın fikrincə, qələbə Azərbaycan millisini böyük ölçüdə həlledici məqama yaxınlaşdıracaq: "Bizə keçirəcəyimiz hər oyunda maksimum xal toplamaq lazımdır. Bunu bacarsaq, məsələ özlüyündə həllini tapacaq. İndi Moldova ilə oyunda da bu tapşırığı yerinə yetirməliyik. Amma azarkeşlərsiz oynamaq da çətin olur. Düzdür, səfər oyunlarını azarkeşsiz keçirmək bizə sərf edir. Ancaq Bakıdakı matçlarda fanatlar bizi psixoloji baxımdan oyuna kökləyir, rəqibi təzyiq altında saxlamağa məcbur edir. Yəni bizi daim irəli getmək üçün səsləyirdilər. Rəqib meydanında bu cür sükut yaxşıdır".
Vassura seçmə mərhələnin yeni formatının uğurlu olduğunu söyləyib: "Həm çox oyun keçiririk, həm də azarkeşlər öz milli komandalarını izləmək şansı qazanırlar. Yəni seçmə mərhələ 1 həftə deyil, ən azı 3 ay davam edir. Həyəcan artır. Səfərdə uduzduğun rəqibdən revanş almaq şansın olur".
Futzalçı 3-cü qrupda ilk 3 turun oyunlarını da dəyərləndirib: "Qrup mərhələsinə güclü rəqiblə start verdik. Nəzərə alsaq ki, əksər oyunçularımız uzun müddət zalda məşq belə keçmirdi, çətinliyi özünüz təsəvvür edəcəksiniz. Problemlərə rəğmən, evdə Slovakiya üzərində qələbə qazandıq. Oyun ağır keçdi, rəqib xüsusilə də birinci hissədə müqavimət göstərdi. Yunanıstan və Moldovaya qarşı sonrakı iki oyunu daha rahat keçirdik. Çünki yaxşı məşqlər etmişdik, üstəlik, oyun təcrübəmiz də var idi. Həm də əsas məqam nəticədir. Biz də qarşıya qoyulan məqsədə doğru itkisiz irəliləyirik. Ümumi götürsək, narazı qalmaq olmaz".
"Sambaçı" qol sevincini daim kamera qarşısında ailəsi ilə bölüşdüyünü də diqqətə çatdırıb: "Hər oyundan qabaq ailəmlə mütləq danışıram. Onlara görüşü izləmək üçün link atıram. Qol vurduqda isə kamera qarşısına qaçır, mesajımı göndərirəm".
Sonda Vassura bir müddət əvvəl Braziliya millisinin keçmiş kapitanı Falkaoya qarşı oyunu barədə təəssüratlarını bölüşüb: "Bu, turnir deyildi. İştirakçılar öz qabiliyyətlərini göstərirdilər. Ora xüsusi istedadı ilə seçilən oyunçular dəvət olunurdu. Mən də iştirak etdim. Təbii ki, Falkao kimi istedadla, əfsanə ilə bir sırada yer almaq müsbət məqamdır".
Qeyd edək ki, bu gün Çoreskudakı “Futzal Arena”da keçiriləcək Moldova-Azərbaycan matçı Bakı vaxtı ilə saat 20:30-a başlayacaq.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi”dən AFFA-ya növbəti transfer reallaşdı - ÖZƏL
- “Neftçi”nin futbolçusundan hörmətsizlik - “Sabah”ın formasında şəkil paylaşdı
- Azərbaycan Premyer Liqasının son 2 turunda əcnəbi hakimlər - EKSKLÜZİV
- AFFA “sıfırlandı” - QEYD
- Hər şey vəzifəyə çatana qədər idi, Sərxan bəy?
- Slovakiyanın ölkəmizdəki səfiri: “...Vayss sentyabrdan Azərbaycan millisində fəaliyyətə başlayacaq”
- Adil Nağıyevin yeni klubu müəyyənləşdi
- Bir fotonun qorxusu... - QEYD
- AFFA-dan ayrı-seçkilik: “Kəpəz”ə pul tapılır, “Turan Tovuz”a yox
- Azərbaycan Premyer Liqasında komanda sayı artırılmadı
- ETOPAZ-dan Ulu öndər Heydər Əliyevlə bağlı paylaşım
- İcraiyyə Komitəsinin üzvü: “İclasın 4 saatdan çox çəkməsi gərgin müzakirələrlə bağlı deyil”
- Qaş düzəldən yerdə vurub göz çıxarmaq
- Riad Rəfiyev: “Bu komanda, bu şəhər, bu azarkeş avrokuboklara layiq idi”
- 93 yaşlı klub tarixində ilk dəfə Türkiyə Superliqasında
-
15:44
Azərbaycanda keçiriləcək III MDB Oyunlarına hazırlıq işləri ilə bağlı iclas baş tutub
-
13:29
Azərbaycanın daha beş veteran cüdoçusu Avropa çempionatında medal qazanıb
-
12:33
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
-
12:17
Azərbaycan millisi Ermənistana qalib gəldi
-
12:08
Azərbaycanın gimnastları növbəti dəfə Dünya Kubokları seriyasının qalibi olublar
-
11:41
Azərbaycanın daha bir atleti Avropa çempionatında mübarizəni dayandırıb
-
11:16
“Araz-Naxçıvan”ın hazırlıq planı məlum oldu
-
09:52
Avro-2024: Türkiyə millisinin yekun heyəti açıqlandı
-
09:30
Millimiz Albaniyaya belə uduzdu VİDEO
-
23:36
Arif Əsədov: “Nəticədən yox, komandanın oyunundan razıyam”
-
23:23
"Turan Tovuz"da yeni müqavilə
-
22:55
U-21 də Slovakiyaya məğlub oldu
-
22:49
Millimiz Albaniyaya uduzdu
-
21:12
"Səbail" Bahadur Həziyevi də göndərdi
-
20:51
Kimdir müqəssir?
-
20:38
U-19 millimiz darmadağın oldu
-
20:24
Albaniya - Azərbaycan: Heyətlər açıqlandı
-
19:49
Abdolbari Gozal "Qarabağ"ın rəsmiləri ilə görüşdü FOTOLENT
-
19:30
Şəhriyar Əliyev: “Ayxan Abbasovun istefası gözlənilməz oldu”
-
19:17
DÇ: Azərbaycan şahmatçıları növbəti qələbələrini qazanıblar
-
18:53
Azərbaycan atleti Avropa çempionatında mübarizəni dayandırıb
-
18:26
Şəhid övladları üçün yay düşərgəsi başa çatdı FOTOLENT VİDEO
-
17:42
"Səbail" onunla yollarını ayırdı
-
17:08
AFFA klublara lisenziyalar təqdim etdi
-
16:55
Azərbaycan ağırlıqqaldıranları Avropa birinciliyində iştirak edəcəklər
-
16:31
"Şamaxı" daha bir futbolçunu göndərdi
-
16:19
"Gəncə"dən iki transfer
-
16:04
Turan Bayramov 1/4 finalda uduzdu
-
15:48
Azərbaycanın U-19 millisinin rəqibləri məlum olub
-
15:37
Cabir Əmirli daha 1 il "Səbail"də
-
15:23
U-17 millimizin rəqibləri müəyyənləşib
-
15:00
Millimizin futbolçusunun viza məsələsi həll olundu: “Sabahdan məşqlərə qoşulacam”
-
14:52
Azərbaycan paraüzgüçüsü Dünya Seriyasında finala yüksəlib
-
14:19
"Kəpəz" onunla vidalaşdı
-
13:45
PFL Qara Qarayevi nə vaxt mükafatlandıracaq?
-
13:34
AFFA Qəbələ və İsmayıllıda "Bahar turniri" keçirəcək
-
12:58
Azərbaycan klubu baş məşqçisi ilə vidalaşıb
-
11:21
Otto Con daha 1 il “Turan Tovuz”da
-
11:03
Fərhad Rəcəbli onuncu dəfə Avropa çempionu olub
-
10:17
"Beşiktaş" "Qarabağ"ın futbolçusu üçün israr edir
-
09:52
Azərbaycan millisi sabah Ermənistanla qarşılaşacaq
-
09:30
Qvineya millisi Benzianı məyus etdi
-
23:47
“Neftçi”nin yarımmüdafiəçisi Dohada 90 dəqiqə oynadı
-
23:24
Azərbaycanın sərbəst güləşçilərindən iki medal
-
21:58
"Turan Tovuz"da yeni müqavilə
-
20:21
Arif Əsədov: "Millimizin uğurlu olması üçün hər şey edəcəm"
-
20:00
Minifutbol millimiz penaltilərlə uduzub, Avropa çempionatı ilə vidalaşdı
-
19:15
"Şamaxı"da növbəti ayrılıq
-
18:33
Qara Qarayevin qolu mayın ən yaxşısı seçildi VİDEO
-
18:20
Premyer Liqa klubları VAR-la bağlı qərarını verdi