8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Futzal

Millimizin heyəti açıqlandı

Avropa çempionatının seçmə mərhələsi çərçivəsində yanvarın 29-da Bakıda Slovakiya, fevralın 2-də isə Afinada Yunanıstan yığması ilə qarşılaşacaq futzal üzrə Azərbaycan milli komandasının heyəti açıqlanıb.

Futbolxeber.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, yanvarın 18-dən 30-dək Bakıda hazırlıq keçəcək millinin düşərgəsinə 20 futzalçı dəvət olunub:

Ramiz Çovdarov, Rövşən Hüseynli, Rizvan Fərzəliyev, İsa Atayev, Xətai Bağırov, Hadi Ahmadi, Amir Şojae, Fineo De Araujo (hamısı “Araz”), Emin Kürdov, Tofiq Mikayılov, Samir Həmzəyev (hamısı EKOL), Oqtay Rüstəmli, Oruc Bəxşəlizadə, Kənan Manafov (hamısı “Neftçi”), Nihad İsmayılov (klubsuz), Oliveira Villiams “Vassoura” (klubsuz), Eduardo Borges (“Halle Gooik”, Belçika), Everton Kardoso “Qalo” (“Levante”, İspaniya), Rafael Vilela (“Palma Futsal”, İspaniya), Teles Martins Tyaqo “Bonilla” (“Salines Tuzla City”, Bosniya və Herseqovina).

Qeyd edək ki, Oliveira Villiams, Eduardo Borges, Everton Kardoso, Teles Martin Tyaqo və Rafael Vilela komandaya yanvarın 23-dən sonra qoşulacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30