Futzal
“Yenidən dünya çempionatının final mərhələsinə vəsiqə qazanmaq istəyirik”
DÇ-2020-nın elit-raund mərhələsinə hazırlığını oyunların keçiriləcəyi Xorvatiyanın Osiek şəhərində davam etdirən futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi Joze Alesio Da Silva affa.az saytına müsahibə verib.
- Milli yanvarın 25-dən məşqlərini Osiek şəhərində davam etdirir. Komanda ilə bağlı hansı məlumatları paylaşmaq istərdiniz?
- Təbii ki, oyunların keçiriləcəyi şəhərə 4 gün əvvəldən gəlməyimiz yaxşı oldu. Məşqlərimizi “Qradski vrt” idman kompleksində davam etdiririk. Bu da həm saat fərqinə, həm də zala uyğunlaşmaq baxımından müsbət məqamdır. İntizam baxımından da komandada vəziyyət qaydasındadır. Uşaqlar çox istəklidirlər və bütün fikirlərini məşqlərə yönəldiblər. Bu gün məşqimizi plan üzrə davam etdirəcəyik. Oyunöncəsi son hazırlıqda isə standard vəziyyətlər və taktiki gedişlərlə bağlı çalışmaları yerinə yetirəcəyik. Artıq Rafael Vilela və Everton Kardoso da komandaya qoşulublar. Düzdür, Kardoso gecə gəlib və o, hələ bu gün komanda ilə ilk məşqinə çıxacaq.
- Bəs Rafael Vilelanın hazırlıq durumu necə, sizi qane edirmi?
- Çox yaxşı formadadır. Braziliya çempionatında fasilə yarandıqdan sonra müəyyən axsama hiss olunurdu. Ancaq onun son iki həftəni İspaniyada, yeni klubunun heyətində keçirməsi vəziyyəti xeyrinə dəyişdi.
- İlk oyuna cəmi 2 gün qalıb. Sizi narahat edən məqam varmı?
- Ciddi problemimiz yoxdur. Bəzi oyunçularımız var ki, onlar zədələrini yeni sağaldıblar. Xüsusilə də Vassoranın bərpadan sonra tam hazır olmadığını deyə bilərəm. Gündən-günə irəliləyiş hiss olunur, amma fiziki baxımdan hazırda 70-80 faiz hazırdır. Thaqo da zədədən sonra problemlər yaşadı. Ancaq Vassora ilə onun zədəsi fərqlidir və belədə bərpa prosesi də eyni olmur. Vassoranın zədəsi gec sağalanlar sırasındadır. Müqayisə etsək, Thaqo daha yaxşı formadadır.
- Ümumiləşdirsək, komanda ilk oyuna neçə faiz hazırdır?
- 80 faiz hazır olduğumuzu deyə bilərəm. İndi qalır komandaya gec qoşulan Vilela və Kardosoya müdafiə və hücumla bağlı tapşırıqları mənimsətmək. Bunun üçün də iki məşqimiz var və ilk oyuna qədər lazım olan informasiyanı onlarla bölüşəcəyəm.
- Rəsmi oyunlara Xorvatiya ilə qarşılaşmayla başlayacağıq. Rəqibi necə xarakterizə edərdiniz?
- Bir neçə oyunlarını izləmişəm. Hətta 2017-ci ildə Qazaxıstan millisində çalışan vaxt onlarla qarşılaşmışıq. Düzdür, qələbə qazanmışdıq, ancaq yaxşı kollektiv olduqlarını vurğulamalıyam. Fiziki cəhətdən güclüdürlər. Heyətlərində fərdi oyun planında seçilən futzalçılar çoxdur. Onlar fərqli oyun sistemində çıxış edirlər. Cinahlarda təkbətək epizodlarda rəqibini keçib, “stolba”ya ötürmə verməyə və çoxsaylı real qol epizodu yaratmağa üstünlük verirlər. Bu cür epizodlarda diqqətli olmalıyır.
- Bəs digər iki rəqibimiz - Rusiya və Slovakiya haqda hansı məqamları bölüşmək istərdiniz?
- Rusiya yığması ən çox qarşılaşdığımız rəqibdir. Onlar həm fiziki, həm də fərdi baxımdan seçilirlər, təcrübəli futzalçıların üstünlük təşkil etdiyi kollektivdir. Daxili çempionatları da çox güclüdür. Qrupumuzun favoritidir. Slovakiya ilə isə Bakıda qarşılaşmışdıq. Bildiyim qədər, əsas oyunçularından biri zədələnib və elit-raund mərhələsində iştirak edə bilməyəcək. Yaxşı kollektivləri var. Ümumiləşdirsək, qrupumuzda asan oyun olmayacaq.
- Komandanın qarşısına hansı tapşırıq qoyulub?
- Elit-raund mərhələsini minimum ikinci pillədə başa vurmalıyıq. İlk oyundan çox şey asılıdır. Bu matçın nəticəsinə uyğun ikinci görüşün tapşırığını müəyyənləşdirəcəyik. İstənilən halda, biz yenidən dünya çempionatının final mərhələsinə vəsiqə qazanmaq istəyirik.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi”dən AFFA-ya növbəti transfer reallaşdı - ÖZƏL
- “Neftçi”nin futbolçusundan hörmətsizlik - “Sabah”ın formasında şəkil paylaşdı
- Azərbaycan Premyer Liqasının son 2 turunda əcnəbi hakimlər - EKSKLÜZİV
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Hələlik çempionatda 10 komanda qalmalıdır”
- AFFA “sıfırlandı” - QEYD
- Bir fotonun qorxusu... - QEYD
- “Qarabağ”ın mükafatlandırma mərasiminin yeri və məkanı dəyişdi - ÖZƏL
- Azərbaycan Premyer Liqasında komanda sayı artırılmadı
- AFFA-dan ayrı-seçkilik: “Kəpəz”ə pul tapılır, “Turan Tovuz”a yox
- İcraiyyə Komitəsinin üzvü: “İclasın 4 saatdan çox çəkməsi gərgin müzakirələrlə bağlı deyil”
- “Neftçi”də Emin Mahmudovun “torbası tikilir”?
- Qaş düzəldən yerdə vurub göz çıxarmaq
- “Neftçi”də maliyyə böhranı
- İcraiyyə Komitəsi legioner limiti ilə bağlı qərar qəbul etdi
- Mövsümün bəxtsizi - “Səbail”
-
13:33
Azərbaycan boksçusu lisenziya turnirində növbəti qələbəsini qazanıb
-
12:48
3x3 basketbol millimiz təlim-məşq toplanışına yollanıb
-
12:20
“ÇL-də əvvəlkilərdən daha yaxşı nəticə göstərəcəyimizə ümid edirəm”
-
11:56
Azərbaycan millisinin oyunlarının təqvimi müəyyənləşdi
-
11:31
Arif Əsədov: “Milliyə çağırılan oyunçuların hamısına şans vermək istəyirik”
-
10:19
Millimizin rəqibinin heyəti açıqlanıb
-
10:04
Cəlal mövsümün son oyununda qələbəyə sevindi
-
09:47
Emin Mahmudov azarkeşlərdən üzr istədi: "Çox utanıram"
-
21:34
Millimizin heyəti açıqlandı
-
21:22
Azərbaycan millisini yoldaşlıq oyunlarına çıxaracaq məşqçilər müəyyənləşdi
-
21:00
Azərbaycanda futbol mövsümünün ən yaxşıları mükafatlandırıldı FOTOLENT
-
19:17
Azərbaycan boksçusundan uğurlu start
-
18:50
Bakıda UEFA-nın dəstəyi ilə festival keçirilib
-
18:28
Sxadadze daha 3 il "Qəbələ"də
-
17:39
Azərbaycan Cüdo Federasiyasının prezidenti dünya çempionları ilə görüşüb
-
17:02
"Sumqayıt"ın əvəzolunmazı
-
16:41
II Liqaya vəsiqə uğrunda pley-off oyunlarının vaxtı açıqlandı
-
16:14
Kapitan: “Məqsədimiz yenidən Avropa çempionu olmaqdır”
-
15:56
7 güləşçimiz Gürcüstanda medal qazanıb
-
15:35
Minifutbol Federasiyasının vitse-prezidenti: “Titulu qorumaq istəyirik”
-
15:23
Son turda mövsümün rekordu
-
15:07
Millimizin baş məşqçisi: “Ötən Avropa çempionatı ilə müqayisədə daha da güclənmişik”
-
14:59
AFFA-dan I Liqanın qalibinə "yaşıl işıq"
-
14:48
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
-
14:32
Mahmudov “Neftçi”nin tarixinə düşdü
-
14:24
Minifutbol millimizin açıq məşqi keçirilib
-
14:16
Azərbaycan sumoçuları Avropa çempionatında 11 medal qazanıblar
-
14:03
Azərbaycan millisinin heyətində dəyişiklik
-
13:27
"Barselona" mövsümü qələbə ilə başa vurdu VİDEO
-
13:15
"Qəbələ" 6 legionerlə vidalaşdı
-
12:54
Klub rəhbəri Ayxan Abbasovun işinə qiymət verdi
-
12:40
Bədavi Hüseynov: “İnanmazdım ki, 10 qat ölkə çempionu olacağam”
-
12:31
Mahir mövsümün son oyununda oynadı
-
12:19
"Turan Tovuz" yeni mövsümdə avrokuboklar üçün oynayacaq
-
11:52
Lamiyə Vəliyeva Azərbaycanın paralimpiya tarixinə düşüb
-
11:28
Rəşad Sadıqovdan yubiley qələbəsi
-
11:05
Brkiç: “Azarkeşlərdən üzr istəyirəm”
-
10:46
Azərbaycan Voleybol Federasiyası Qaxda təlim-məşq toplanışı təşkil edib
-
10:24
"Roma"nın məğlubiyyəti VİDEO
-
10:13
Azərbaycan cüdoçuları Avropa Kubokunu beş medalla başa vurublar
-
09:57
"Atalanta" 3 xalı 3 qolla qazandı VİDEO
-
09:49
Elvin Cəfərquliyev: “Çempionluq asan əldə olunmur”
-
09:30
Əyyub Allaş "Qəbələ" ilə vidalaşdı
-
23:45
2023/2024 mövsümünün mükafatlandırma mərasimi VİDEO
-
22:34
"Araz-Naxçıvan" - "Qarabağ" matçında 4 qol VİDEO
-
22:16
“Hamı bu anı səbirsizliklə gözləyir”
-
21:57
Elmar Baxşıyev: “Mən təzyiqləri "Qəbələ"də də hiss etmişəm”
-
21:24
Azərbaycan Premyer Liqasında 2023/24 mövsümünə yekun vuruldu
-
21:08
Azərbaycanın sərbəst güləş millisi Avropa çempionu oldu
-
20:12
Ayxan Abbasov: “Bakıda 5-6 meydança var, onları da sökürlər”