Futzal
Ölkə çempionunun kapitanı: "Baş məşqçinin tələbəini yerinə yetirmək çox çətindi"
“Araz”ın kapitanı Rizvan Fərzəliyev UEFA Çempionlar Liqası çərçivəsində “Vitis”ə 0:1 hesabıyla uduzduqları oyundan sonra Futzal Federasiyasının rəsmi saytına müsahibə verib.
Futbolxeber.az sizi həmin müsahibə ilə tanış edir:
Oyunu müdafiədən qurmağınızı baş məşqçi tapşırmışdı, yoxsa rəqib məcbur etdi?
- Gərgin başladıq oyuna. Baş məşqçi oyunu bu taktika üzərində qurmuşdu. Ancaq 3-4 dəqiqə keçdikdən sonra anladıq ki, qarşımızdakını meydanın onlara aid hissəsinə də sıxa bilərik. Sadəcə, heyətimiz yeni qurulub, uşaqlar taktiki planda tam hazır deyillər. Buna görə də 5-6 oyunçuya daha çox güc düşdü. İkinci hissədə də epizodlarımız oldu, təəssüf ki realizə edə bilmədik. Hücumçu qıtlığı var. Əgər qol vursaydıq, gərginlik azalacaq, ruh yüksəkliyi yaranacaqdı. Öz səhvimizdən buraxdığımız qolla yenildik.
Baş məşqçi Alesio “Vitis”i qrupun favoriti hesab edir. Doğurdanmı, rəqib bu cür yanaşmaya layiqdi?
- Pis komanda deyillər. Əcnəbi futzalçılara üstünlük veriblər. Meydandakı əsas heyət üzvləri braziliyalılardı. Biz də zəif oynamadıq, əzmkarlıq göstərdik, mübarizələrdə güzəştə getmirdik. Bu cür məqamlarda oyunçunun keyfiyyəti həlledici olur. Hazırda bizim bir neçə oyunçumuz ustalıq baxımından geri qalır.
Qeyd etdiyiniz kimi, 4-5 oyunçu ilə 40 dəqiqəni başa vurmaq kifayət qədər çətindi...
- Baş məşqçinin seçimindən asılıdı. Bu gün onun taktiki planda verdiyi tapşırıqları əsasən 4-5 oyunçu yerinə yetirir. Buna görə də üstünlük həmin futzalçılara verilir. İki-üç ay ərzində baş məşqçinin tələbini yerinə yetirmək çox çətindi. Bunun üçün xeyli zamana ehtiyac var. Kim onun tapşırığını daha yaxşı yerinə yetirirsə, meydanda da onları çox saxlayır.
Yaydakı dəyişiklikdən sonra gedənlərin yeri görünürmü?
- Əlbəttə, görünür. Legionerlər keyfiyyətli və təkbətək mübarizələrdə seçilir. Oyunda bu gün həmin amillər hiss olundu. Ümumi götürdükdə isə, yeni komanda üçün pis oyun göstərmədik. Biz vura bilmədik, əvəzində onlar şansını qaçırmadılar.
“Valletta” - “Luçenec” oyununu izlədiniz. Növbəti rəqiblər haqda nə deyə bilərsiniz?
- Hər iki komanda taktiki planda “Vitis”dən üstündü. Düzdü, oyunun bir hissəsinə baxdıq. İkinci hissədə nələr olacaq, bilmirəm. Ancaq hər bir futzalçı öz işini bilir. Hər iki oyuna qələbə qazanmaq üçün çıxacağıq.
Ötən il əsas mərhələdə ardıcıl iki qələbə qazandığınız zaman əksəriyyət qrup qalibi olacağınızı düşünürdü. Ancaq son matçda məsələ rəqibin xeyrinə həll olundu. Bu dəfə necə, son tura qədər mübarizə davam edəcəkmi?
- Hər şey ola bilər. “Vitis”ə məğlubiyyətimiz o demək deyil ki, onlar qarşıdakı hər iki matçda qalib gələcəklər. Xeyr. Onların da xal itirəcəyi oyunlar olacaq. Ona görə də şanslar davam edir.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi”dən AFFA-ya növbəti transfer reallaşdı - ÖZƏL
- “Neftçi”nin futbolçusundan hörmətsizlik - “Sabah”ın formasında şəkil paylaşdı
- Azərbaycan Premyer Liqasının son 2 turunda əcnəbi hakimlər - EKSKLÜZİV
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Hələlik çempionatda 10 komanda qalmalıdır”
- AFFA “sıfırlandı” - QEYD
- Bir fotonun qorxusu... - QEYD
- “Qarabağ”ın mükafatlandırma mərasiminin yeri və məkanı dəyişdi - ÖZƏL
- Azərbaycan Premyer Liqasında komanda sayı artırılmadı
- AFFA-dan ayrı-seçkilik: “Kəpəz”ə pul tapılır, “Turan Tovuz”a yox
- İcraiyyə Komitəsinin üzvü: “İclasın 4 saatdan çox çəkməsi gərgin müzakirələrlə bağlı deyil”
- “Neftçi”də Emin Mahmudovun “torbası tikilir”?
- Qaş düzəldən yerdə vurub göz çıxarmaq
- “Neftçi”də maliyyə böhranı
- Mövsümün bəxtsizi - “Səbail”
- İcraiyyə Komitəsi legioner limiti ilə bağlı qərar qəbul etdi
-
13:33
Azərbaycan boksçusu lisenziya turnirində növbəti qələbəsini qazanıb
-
12:48
3x3 basketbol millimiz təlim-məşq toplanışına yollanıb
-
12:20
“ÇL-də əvvəlkilərdən daha yaxşı nəticə göstərəcəyimizə ümid edirəm”
-
11:56
Azərbaycan millisinin oyunlarının təqvimi müəyyənləşdi
-
11:31
Arif Əsədov: “Milliyə çağırılan oyunçuların hamısına şans vermək istəyirik”
-
10:19
Millimizin rəqibinin heyəti açıqlanıb
-
10:04
Cəlal mövsümün son oyununda qələbəyə sevindi
-
09:47
Emin Mahmudov azarkeşlərdən üzr istədi: "Çox utanıram"
-
21:34
Millimizin heyəti açıqlandı
-
21:22
Azərbaycan millisini yoldaşlıq oyunlarına çıxaracaq məşqçilər müəyyənləşdi
-
21:00
Azərbaycanda futbol mövsümünün ən yaxşıları mükafatlandırıldı FOTOLENT
-
19:17
Azərbaycan boksçusundan uğurlu start
-
18:50
Bakıda UEFA-nın dəstəyi ilə festival keçirilib
-
18:28
Sxadadze daha 3 il "Qəbələ"də
-
17:39
Azərbaycan Cüdo Federasiyasının prezidenti dünya çempionları ilə görüşüb
-
17:02
"Sumqayıt"ın əvəzolunmazı
-
16:41
II Liqaya vəsiqə uğrunda pley-off oyunlarının vaxtı açıqlandı
-
16:14
Kapitan: “Məqsədimiz yenidən Avropa çempionu olmaqdır”
-
15:56
7 güləşçimiz Gürcüstanda medal qazanıb
-
15:35
Minifutbol Federasiyasının vitse-prezidenti: “Titulu qorumaq istəyirik”
-
15:23
Son turda mövsümün rekordu
-
15:07
Millimizin baş məşqçisi: “Ötən Avropa çempionatı ilə müqayisədə daha da güclənmişik”
-
14:59
AFFA-dan I Liqanın qalibinə "yaşıl işıq"
-
14:48
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
-
14:32
Mahmudov “Neftçi”nin tarixinə düşdü
-
14:24
Minifutbol millimizin açıq məşqi keçirilib
-
14:16
Azərbaycan sumoçuları Avropa çempionatında 11 medal qazanıblar
-
14:03
Azərbaycan millisinin heyətində dəyişiklik
-
13:27
"Barselona" mövsümü qələbə ilə başa vurdu VİDEO
-
13:15
"Qəbələ" 6 legionerlə vidalaşdı
-
12:54
Klub rəhbəri Ayxan Abbasovun işinə qiymət verdi
-
12:40
Bədavi Hüseynov: “İnanmazdım ki, 10 qat ölkə çempionu olacağam”
-
12:31
Mahir mövsümün son oyununda oynadı
-
12:19
"Turan Tovuz" yeni mövsümdə avrokuboklar üçün oynayacaq
-
11:52
Lamiyə Vəliyeva Azərbaycanın paralimpiya tarixinə düşüb
-
11:28
Rəşad Sadıqovdan yubiley qələbəsi
-
11:05
Brkiç: “Azarkeşlərdən üzr istəyirəm”
-
10:46
Azərbaycan Voleybol Federasiyası Qaxda təlim-məşq toplanışı təşkil edib
-
10:24
"Roma"nın məğlubiyyəti VİDEO
-
10:13
Azərbaycan cüdoçuları Avropa Kubokunu beş medalla başa vurublar
-
09:57
"Atalanta" 3 xalı 3 qolla qazandı VİDEO
-
09:49
Elvin Cəfərquliyev: “Çempionluq asan əldə olunmur”
-
09:30
Əyyub Allaş "Qəbələ" ilə vidalaşdı
-
23:45
2023/2024 mövsümünün mükafatlandırma mərasimi VİDEO
-
22:34
"Araz-Naxçıvan" - "Qarabağ" matçında 4 qol VİDEO
-
22:16
“Hamı bu anı səbirsizliklə gözləyir”
-
21:57
Elmar Baxşıyev: “Mən təzyiqləri "Qəbələ"də də hiss etmişəm”
-
21:24
Azərbaycan Premyer Liqasında 2023/24 mövsümünə yekun vuruldu
-
21:08
Azərbaycanın sərbəst güləş millisi Avropa çempionu oldu
-
20:12
Ayxan Abbasov: “Bakıda 5-6 meydança var, onları da sökürlər”