8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Futzal

Joze Alesio da Silva: "Komandama inanıram"

"Bilirdik ki, bizi çətin oyun gözləyir. İlk oyundan sonra növbəti mərhələyə vəsiqəni təmin etsək də, qrup liderliyi uğrunda sona qədər mübarizə apardıq. Çünki birinci pilləni tutmaq istəyirdik. Ancaq qarşımızdakı dünyanın ən güclü yığmalarından biri idi".
 
Futbolxeber.az xəbər verir ki, bunu futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Joze Alesio da Silva deyib.
 
O, qeyd edib ki, rəqib topa daha çox nəzarət edən tərəf olub. "Buna baxmayaraq, biz də qol vurmaq üçün epizodlar yaratdıq. Təəssüf ki, həmin epizodları realizə edə bilmədik", - deyə o qeyd edib.
 
Baş məşqçi əlavə edib ki, növbəti rəqib Portuqaliya millisi çempionatın favorit komandalarındandır: "Heyətlərində Rikardinyo kimi istənilən saniyədə matçın taleyini həll edəcək oyunçu var. Komandama inanıram, hazırlaşacağıq. İki-üç oyunçumuzun yüngül zədəsi var. Ümid edirik ki, onlar son oyunda komandamıza kömək edəcəklər".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30