9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Futzal

Biro Jade: “Kənardan hər şey yaxşı görünür”

Futzal üzrə Avropa çempionatının əsas mərhələsində B qrupunun qarşılaşmaları davam edir. Futbolxeber.az-ın məlumatına görə, sözügedən qrupda yer alan Azərbaycan millisi ikinci oyununda Albaniyanı 5:0 hesabı ilə məğlub edib. Matçdan sonra açıqlama verən yığmamızın baş məşqçisi Biro Jade qələbəni belə şərh edib:
 
“Düzdü, qalib gələndə kənardan hər şey yaxşı görünür. Bu gün müdafiə və hücum xətti çox yaxşı oynadı. Nə fikirləşmişdiksə, oyunçularımız hamısını yerinə yetirdilər və qələbə qazandıq. Uşaqlara təşəkkür edirəm. Birinci hissədən sonra oyunçulara tapşırdım ki, onlarla birə-bir oynasınlar.
 
Komandaya dəvət etdiyim və birgə işlədiyim futzalçılara inanıram. Meydana kimi buraxacağımla bağlı vəziyyətə uyğun qərar verirəm. Dünən Xətai Bağırov oynamadı, amma bu gün bütün oyunu meydanda keçirdi. Mümkün qədər hər bir oyunçuya meydana çıxması üçün şərait yaradırıq. 
 
Gələcəyə nikbin baxıram. Gənc oyunçularla işlədikcə, güclü futzalçılarımız yetişəcək. Azərbaycanlı oyunçular texniki oyuna üstünlük verirlər. Ukrayna, Rusiya, Qazaxıstan və Azərbaycanda oynamışam, düşünürəm ki, sizin oyunçuları texnikasına görə ukraynalılarla müqayisə etmək olar”.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30