8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Futzal

Millimizin ilk rəqibi Bosniya və Herseqovina

Futzal üzrə Avropa çempionatının əsas seçmə mərhələsinin Bakıda keçiriləcək ikinci qrupunun oyunlarının təqvimi müəyyənləşib. Futbolxeber.az-ın məlumatına görə, “Avro-2018”də iştirak etmək istəyən dörd komanda paytaxtımızda qarşılaşacaq.
 
Turnir çərçivəsində ilk turda Azərbaycan yığması aprelin 8-də saat 18:30-da Bosniya və Herseqovina ilə görüşəcək. Aprelin 9-da yığmamız Albaniya ilə eyni saatda oynayacaq. Millimiz sonuncu oyununu aprelin 11-də Macarıstana qarşı keçirəcək. Bu oyun saat 20:00-da başlayacaq.
 
Bu mərhələnin qrup qalibləri “Avro-2018”in final mərhələsinə birbaşa vəsiqə qazanacaqlar. İkinci yeri tutacaq və ən yaxşı qrup üçüncüsü komandalar pley-offda son dörd vəsiqənin sahibini müəyyənləşdirəcəklər.
 
Oyunlar Bakı İdman Sarayında keçiriləcək.
 
Qeyd edək ki, “Avro-2018”in final mərhələsi 2018-ci il yanvarın 30-dan fevralın 11-dək Sloveniyada keçiriləcək. (AZƏRTAC)
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30