26 Oktyabr 2026, Bazar ertəsi
Samuel Eto`O Azərbaycana gəlib
Rəşad Sadıqov üçün yubiley
Millimiz Avstraliyaya uduzdu
"Qarabağ" bir xalla kifayətləndi

Xarici futbol

"Qarabağ"la oyundan sonra futbolçularda məyusluq və qəzəb var"

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Nant"ın baş məşqçisi Antuan Kambuare Fransa Liqa 1-in 8-ci turunda "Lans"la oyun öncəsi mətbuat konfransı keçirib.

Futbolxeber.az saytının məlumatına görə, o, Avroliqada 2-ci turda Ağdam təmsilçisinə 0:3 hesabı ilə uduzduqları matçı təhlil və müzakirə etdiklərini deyib: "Qarabağ"la oyundan sonra futbolçularda məyusluq və qəzəb var. Çünki məğlub olmağı sevmirik. İndi diqqətimizi "Lans"la matça yönəltmişik. Gözəl oyun nümayiş etdirmək istəyirik".

Qeyd edək ki, bu gün keçiriləcək "Nant" - "Lans" görüşü Bakı vaxtı ilə saat 19:05-də başlayacaq. 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31