22 Oktyabr 2026, Cümə axşamı
“Turan” “Mladost”u məğlub etdi
Asif Məmmədovdan 18 ilin rekordu
Berdiyev məğlubiyyəti şərh etdi
“Qarabağ” çempion olmaq istəyir”

Digər idman növləri

Ağırlıqqaldırma Federasiyasının növbəti iclası keçirilib

Azərbaycan Ağırlıqqaldırma Federasiyasının (AAF) növbəti iclası keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, qurumun vitse-prezidenti Firdovsi Umudovun rəhbərliyi ilə baş tutan hesabat xarakterli toplantıda milli komandaların məşqçiləri ilə yanaşı, həkim və inzibati heyətin digər əməkdaşları iştirak ediblər.

İlk olaraq İspaniyanın paytaxtı Madriddə keçirilmiş U-15 və yeniyetmələrin Avropa birinciliyinin yekunlarına dair məşqçilərin hesabatı dinlənilib. U-15 və yeniyetmələrdən ibarət yığmaların heyətində yer alan atletlərin nəticələri və fərdi inkişaf dinamikası ayrı-ayrılıqda nəzərdən keçirilib. Daha sonra idmançıların qidalanması və reabilitasiyası ilə bağlı həkim heyətinin rəyi öyrənilib.

İclasda həmçinin yığma komandaların planlaşdırılan təlim-məşq toplanışları ilə bağlı konkret tapşırıqlar verilib. Hazırlıqların təşkilində məqsəd ilin vacib yarışlarına (VI İslam Həmrəyliyi Oyunları, dünya çempionatı, gənclərin Avropa birinciliyi) yollanacaq heyətin formalaşdırılmasıdır.

Toplantının sonunda federasiyadaxili cari məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31