17 Avqust 2026, Bazar ertəsi
"Qarabağ" Cəfərquliyevi itirdi
“Neftçi”nin 25 il gözlədiyi start
Rəşad Sadıqovdan qələbə şərhi
"Neftçi" və "Zirə" qələbə qazandı

Digər idman növləri

Azərbaycanın yunan-Roma güləşi millisi dünya çempionatına Türkiyədə hazırlaşır

Azərbaycanın yunan-Roma güləşi millisi dünya çempionatına Türkiyədə hazırlaşır.

Futbolxeber.az saytının Güləş Federasiyasının mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, ötən gün səfərə yollanan komanda Türkiyə Güləş Federasiyasının İstanbulun Sarıyer qəsəbəsində yerləşən təlim-məşq bazasında məskunlaşıb.

Yerli komanda ilə birgə keçiriləcən hazırlıq prosesi iki həftə davam edəcək. Toplanış həm fiziki, həm də taktiki-texniki çalışmaları əhatə edəcək.

Sentyabrda Xorvatiyada təşkil ediləcək dünya çempionatına hazırlıq xarakteri daşıyan hazırlıq prosesində baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov, məşqçilər Həsən Əliyevlə Kamran Məmmədovun rəhbərliyi altında Eldəniz Əzizli, Elmir Əliyev, Rəşad Məmmədov (hamısı 55 kq), Nihat Məmmədli, Hüseyn Qəribov, İlkin Qurbanov, Nihad Quluzadə (hamısı 60 kq), Murad Məmmədov, Ziya Babaşov (hər ikisi 63 kq), Həsrət Məmmədyarov, Fərid Xəlilov, Məhəmməd Şükürzadə (hamısı 67 kq), Ülvü Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq), Qurban Qurbanov (82 kq), İslam Abbasov, Laçın Vəliyev (hər ikisi 87 kq), Murad Əhmədiyev (97 kq), Sərxan Məmmədov və Beka Kandelaki (hər ikisi 130 kq) yer alıblar.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31