15 Sentyabr 2026, Çərşənbə axşamı
Elvin Camalov “Neftçi”dən getdi
İsmail Taofik: “Hədəfimiz çempionluqdur”
"Qarabağ" məğlubiyyətdən qaçdı
“Sumqayıt” qəkəbəni əldən verdi

Digər idman növləri

Cüdo millimiz Avropa Kubokunda birinci yeri tutub

Gənc cüdoçulardan ibarət Azərbaycan millisi Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilmiş Avropa çempionatında 26 ölkə arasında ümumi komanda hesabında birinci yeri tutub.

Futbolxeber.az saytının məlumatına görə, son yarış günündə daha 2 idmançı qızıl medal əldə edib.

Süleyman Şükürov (81 kq) və Ramazan Əhmədov (+100 kq) bütün görüşlərini qələbə ilə başa vuraraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Qeyd edək ki, daha əvvəl Nihad Məmişov (60 kq), Əbil Yusubov (73 kq) qızıl, Fərid Qarayev (60 kq) gümüş, Məhəmməd Musayev (66 kq) isə bürünc medal əldə edib.

Azərbaycan millisi yekunda 4 qızıl, 1 gümüş və 1 bürünc medalla 26 ölkə arasında ümumi komanda hesabında birinci olub.

 

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30