22 Avqust 2026, Şənbə
II turun hakim təyinatları açıqlandı
Azərbaycan klublarından rekord
Qurban Qurbanovdan qələbə şərhi
"Qarabağ" "Tvente"ni məğlub etdi

Minifutbol

Bakı-2025: İsraildən ilk qələbə, ABŞ - Polşa matçında sülh

Bakıda keçirilən minifutbol üzrə dünya çempionatı davam edir.

Futbolxeber.az saytının məlumatına görə, bu gün artıq iki oyun başa çatıb.

Əvvəlcə H qrupunda Qana və İsrail yığmaları üz-üzə gəlib. Matç Avropa təmsilçisinin xeyrinə başa çatıb - 4:0. Bu, İsrail yığmasının turnirdəki ilk qələbəsidir. Qana isə ardıcıl ikinci görüşdə də meydanı xalsız tərk edib.

Daha sonra F qrupunda ABŞ və Polşa üz-üzə gəlib. Qarşılaşmada qapılara qol vurulmayıb. ABŞ bununla turnirdə ilk xalını qazanıb. Polşa isə xallarının sayını 4-ə çatdırıb.

Qeyd edək ki, bu gün mundialda daha 6 matç keçiriləcək.

E qrupu

19:30. Monteneqro - Kosta Rika

20:45. Tailand - İndoneziya

F qrupu

ABŞ - Polşa - 0:0

15:15. Bosniya və Herseqovina - Qazaxıstan

G qrupu

16:30. Gürcüstan - Argentina

22:00. BƏƏ - Çexiya

H qrupu

Qana - İsrail - 0:4

18:15. İspaniya - Serbiya

Qeyd edək ki, dünya çempionatı iyunun 1-də başa çatacaq.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31