29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Minifutbol

AİJA-nın nümayəndələri Qətərdə vacib görüş keçiriblər

Qətər dövlətinin paytaxtı Doha dünya futbolsevərlərinin səbirsizliklə gözlədikləri Dünya Çempionatı-2022 üçün hazırlıq işlərini başa çatdırır.

Futbolxeber.az saytının məlumatına görə, çempionatın start fitinin çalınmasına sayılı günlər qaldığı bir vaxtda Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) prezidenti, Əməkdar jurnalist Eldar İsmayılov və qurumun birinci vitse-prezidenti, Avropa İdman Mətbuatı İttifaqı - AİPS Avropa İcraiyyə Komitəsinin üzvü Nərgiz Mahmudzadə Qətərdədirlər.

Nümayəndə heyəti ölkənin İdman Mətbuatı Komitəsinin üzvü, AİPS Asiyanın vitse-prezidenti Mubarak Mohammad Al Boaninin ilə görüşərək Dünya Çempionatı ilə bağlı bir sıra məsələlər, həmçinin, AİJA ilə Qətər İdman Mətbuatı Komitəsi arasında (QİMK) gələcək birgə əməkdaşlığın möhkəmləndirilməsinə dair fikir mübadiləsi aparıb. Tərəflər bu görüş barədə Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AİPS) bu il oktyabrın 3-dən 6-dək İtaliyanın paytaxtı Romada baş tutan 84-cü Konqresi zamanı razılığa gəlmişdilər.

QİMK rəsmisi söhbət zamanı bildirib ki, ölkəsində Qətərin FIFA DÇ-2022-yə ev sahibliyini qazandığı vaxtdan davamlı hazırlığa başlanılıb. Böyük işlər görülüb və bütün bunlara çox yüksək məbləğ - 200 milyard dollara qədər vəsait sərf olunub. Onun yalnız 6,5 milyard dolları yeni stadionların, komanda bazalarının, azarkeşlər üçün müasir infrastrukturun inşasına sərf olunub.

Eyni zamanda, şəhərdə innovativ idarəetmə sistemi ilə insansız çalışan ən müasir metro və tramvay şəbəkələri, hava limanları, dünyaşöhrətli memarlar tərəfindən hazırlanan fərdi layihələr üzrə dəbdəbəli binalar, parklar, digər qurğular yaradılıb.

AİJA rəhbərləri həmkarlarının köməyi ilə Dohanın yeni yaradılan stadionları, idman sarayları, digər infrastrukturları ilə yaxından tanış olublar.

Çempionatın geniş işıqlandırılmasına cəlb olunan media nümayəndələri üçün müasir mətbuat mərkəzlərinin təşkilinə də xüsusi diqqət yetirilib.

Media nümayəndələrinin akkreditəsində hər zaman və hər yerdə olduğu kimi, AİPS vəsiqələri daşıyan peşəkarlara üstünlük verildiyi bildirilib. Akkreditasiya neçə ay əvvəl nəzərdə tutulan kvotaya uyğun başa çatıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31