19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Minifutbol

İdman jurnalisti Qusar Olimpiya Kompleksinə direktor təyin olundu

Qusar Olimpiya İdman Kompleksinə yeni direktor təyin olunub.

Futbolxeber.az saytının məlumatına görə, bu vəzifə tanınmış idman jurnalisti Elşən Məmmədova həvalə edilib. O, yeni iş yerində Məcid Məcidovu əvəzləyib.

E.Məmmədov etimadı doğrultmaq üçün can-başla çalışacağını söyləyib.

Qeyd edək ki, Elşən Məmmədov 23 ilədək idman mətbuatında - "Şərq" və "Futbol+" qəzetləri, APA Sport, Lent.az və "Report" İnformasiya agentliklərində müxbir və idman şöbəsinin redaktoru kimi çalışıb, "Tərəqqi" medalı ilə təltif olunub.

E.Məmmədov eyni zamanda İdman Araşdırmalar Mərkəzinin rəhbəri kimi ardıcıl 9 il "İlin Qalibləri" layihəsini, eləcə də son iki ildə minifutbol və voleybol üzrə Zəfər Kuboku turnirlərini təşkil edib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30