25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Minifutbol

"Olimpiakos"un direktoru: “O, Azərbaycanın qəhrəmanı hesab edilir”

Bu gün Avropa Liqasının qrup mərhələsində Bakıda "Qarabağ"la oyuna çıxacaq Yunanıstan "Olimpiakos"unun korporativ sosial məsələlər üzrə direktoru Nikos Qavalas İnstaqram hesabında paylaşım edib.

Futbolxeber.az saytının məlumatına görə, o, matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika Stadionundan şəklini izləyiciləri ilə bölüşüb.

Direktor sözügedən arenaya adı verilən məşhur azərbaycanlı hakim Tofiq Bəhramov haqqında da geniş yazıb. Nikos stadiondakı fotosunu belə şərh edib: "Abşeron yarımadasının cənub sahilində yerləşən Avropanın şərq paytaxtı, küləkli Bakı şəhərində "Qarabağ"ın ev oyularını keçirdiyi Tofiq Bəhramov adına Respublika Stadionu var. Stadiona adı verilən Bəhramov 1966-cı ildə Dünya çempionatının finalında İngiltərənin Almaniyaya vurduğu, çox müzakirə olunan qolu qeydə alan azərbaycanlı hakimdir. Tofiq Bəhramov Azərbaycanın qəhrəmanı hesab edilir. Böyüklərin xatırlaması, balacaların da öyrənməsi üçün qeyd edirəm ki, bu, 1966-cı il iyulun 30-da keçirilən 101 dəqiqəlik tarixi görüş idi. Ceff Herstin zərbəsi zamanı top qapı dirəyinə dəyir, sonra Hans Tilkovskinin qoruduğu qapı xəttinə toxunur. Matçın isveçrəli baş hakimi Qodfrid Denst topun xətti keçdiyini görə bilmir. Tofiq Bəhramov isə meydana inamla daxil olur. İngiltərə əlavə olunmuş vaxtda 3:2 hesabı ilə önə keçir. Sonra İngiltərə yeganə dünya çempionluğunu qazanır. Onilliklər sonra, 2004-cü ildə İngilislər öz qəhrəmanlarının şərəfinə Azərbaycan - İngiltərə matçından əvvəl Tofiq Bəhramov abidəsinin açılışında iştirak ediblər! Bəhramov İkinci Dünya Müharibəsində almanlara qarşı vuruşub. Bu da belə bi mif yaradıb ki, Bəhramov ölmədən bir müddət əvvəl oğlu ona İngiltərənin qolunu niyə qeydə aldığını soruşub və o, belə cavab verib: “Stalinqrad!"

Qeyd edək ki, 1966-cı ildə keçirilmiş dünya çempionatının finalında İngiltərə Almaniyanı əsas vaxtı 2:2 hesabı ilə başa çatan oyunun əlavə vaxtında 4:2 hesabı ilə məğlub edib. Həmin görüşdə yan xətt hakimi azərbaycanlı Tofiq Bəhramov olub. Onun qərarından sonra İngiltərə yığması əlavə vaxtda 3:2 hesabı ilə önə keçib. Bəhramov topun qapı xəttini keçdiyini bildirib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30