9 Sentyabr 2026, Çərşənbə
Koxalski “Qarabağ”dan rəsmən getdi
Akinyemi rəsmən “Neftçi”də
Qurbanov: “Bu, təhlükəlidir”
Kurban Berdiyevdən qələbə şərhi

Ölkə futbolu

Azər Həşimov: “Sevinirəm ki, bu komandanın baş məşqçisiyəm”

"Karvan"ın baş məşqçisi Azər Həşimov Azərbaycan Premyer Liqasının 2-ci turunda "Kəpəz"ə 3:2 hesabı ilə qalib gəldikləri oyunu şərh edib.

Futbolxeber.az saytının məlumatına görə, o, matçdan sonra keçirilən mətbuat konfransında deyib:

“Hər iki komanda qalib gəlmək istəyirdi. Komandamız əzmkar mübarizə aparıb lazım olan 3 xalı qazandı. Buna görə də futbolçularıma təşəkkür edirəm. "Kəpəz"ə gələcək oyunlarda uğurlar arzulayıram”

- "Karvan" Premyer Liqada ilk qələbəsini sizin məşqçiliyiniz altında qazandı. Hissləriniz necədir?

- "Karvan" tarixi olan klubdur. Mən də sevinirəm ki, bu komandanın baş məşqçisiyəm. Gələcəkdə daha da yaxşı olmağa çalışacağıq.

- Əsas qapıçınız Pedro Mateuş oyundan öncə zədələnib. Onun durumu necədir?

- Bizim üçün 3 qapıçının hər biri əsasdır. Sadəcə kim daha hazırdırsa, ona şans veririk. Pedronun mikrozədəsi var. Tibbi müayinədən sonra tam bilinəcək. Pedro zədələnəndən sonra Kamrana dedim ki, sənə inanıram. Bu gün də ona şans verdik.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30