29 Sentyabr 2026, Çərşənbə axşamı
IX turun oyun cədvəli açıqlanıb
"Qəbələ"də daha iki yeni məşqçi
Millimiz Litva ilə heç-heçə etdi
Rafael Utsiq yenidən “Qəbələ”də

Ölkə futbolu

Ulu Öndərin anadan olmasının 102-ci ildönümünə həsr edilən minifutbol turniri başa çatıb

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisinin müvafiq əmrinə əsasən, Müdafiə Nazirliyinin baş idarə və idarələri arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilən minifutbol turnirinin bağlanış mərasimi keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, eləcə də respublikamızın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Çıxış edənlər xüsusi vurğulayıblar ki, dahi rəhbər Heydər Əliyev tərəfindən başlanılan qüdrətli milli ordu quruculuğu istiqamətində davamlı islahatlar Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Sonda qalib komandalara kubok və medallar təqdim olunub.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30