11 Avqust 2026, Çərşənbə axşamı
Namiq Ələsgərov “Kəpəz”də
Boyan Letiç "Araz-Naxçıvan"da
Nəriman rəsmən “Erzurumspor”da
“Sumqayıt” Qətər klubu ilə heç-heçə etdi

Ölkə futbolu

"Erkən qol buraxmağımız acı məğlubiyyətə səbəb oldu"

“Millimiz bacardığı qədər oynadı. Nə etmək olar? Kosova bizdən daha üstün, sürətli idi”.

Bunu Futbolxeber.az saytına açıqlamasında millimizin sabiq üzvü Ramazan Abbasov deyib.

O, yığmamızın futbolçuları haqda da fikirlərini bildirib: “Əslində biz şansımızı sonuncu oyuna saxlamamalı idik. Maltanı hər iki oyunda udsaydıq sonuncu oyuna daha rahat çıxa bilərdik. Fikrimcə, hər bir futbolçu, millidədirsə, nəyi bacarırsa, artıqlaması ilə oynamalıdı. Bacardıqlarını oynadılar, sadəcə Kosova futbolçularının ustalıq səviyyəsi daha yüksək idi”.

“Bizə yalnız qələbə lazım odluğundan oyuna təzyiq altında çıxmışdıq. Erkən qol buraxmağımız isə acı məğlubiyyətə səbəb oldu. Bir sözlə gələcəyə hazırlaşmaq lazımdı. Belə bir şans isə çətinki bir də ələ düşə”- deyə, Abbasov fikirlərini yekunlaşdırıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31