10 Sentyabr 2026, Cümə axşamı
Dadaşov Ukrayna klubunda
Koxalski “Qarabağ”dan rəsmən getdi
Akinyemi rəsmən “Neftçi”də
Qurbanov: “Bu, təhlükəlidir”

Ölkə futbolu

“Müsbət nəticə gözləyirdik"

“Müsbət nəticə gözləyirdik. Bu istəklə də oyuna hazırlaşmışdıq." 
 
Futbolxeber.az-ın məlumatına görə, bunu 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Rəşad Sadıqov Avropa çempionatının seçmə mərhələsi çərçivəsində səfərdə Kosovaya 0:2 hesabı ilə məğlub olduqları oyundan sonra deyib.
 
Gənc çalışdırıcı qeyd edib ki, millimiz pis mübarizə aparmadı: "İstəkli idilər, çalışırdılar ki, yaxşı nəticə olsun. Təəssüf ki, sonda məğlub olduq. Buraxdığımız kiçik səhvlərdən rəqib yaxşı istifadə etdi. İşimiz çoxdur, işləməliyik. Qarşıdakı oyunda çalışacağıq ki, daha yaxşı oynayaq və yaxşı nəticə qazanaq".
 
Xatırladaq ki, milli komandamız martın 27-də səfərdə İrlandiya yığması ilə qarşılaşacaq.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30