Ölkə futbolu
Fariz Nəcəfov: “Bizi buna məcbur edənlər utansınlar”
“Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov bu gün keçirilən AFFA Klublar Komitəsinin iclasından sonra jurnalistlərə müsahibə verib. Klub rəsmisi Futbolxeber.az saytının əməkdaşının da suallarını da cavablandırıb:
- “Qarabağ” rəsmisi Asif Əsgərovla qızğın müzakirə aparırdınız. Nədən danışırdınız?
- Keçmiş oyunları müzakirə edirdik. Bəzi matçlardakı mübahisəli epizodlarla bağlı fikir mübadiləsi aparırdıq. Elə bir şey yoxdu. Bilirik ki, bizi “Qarabağ”la qarşıda gərgin oyun gözləyir. Çox maraqlı oyun olacaq. İnanıram ki, mübarizə yalnız iki komanda arasında gedəcək.
- Klublar Komitəsinin gündəliyinə ölkə futbolunda o qədər də vacib olmayan məsələlər salınıb...
- Sözün açığı, iclasda hansı məsələlərin müzakirə olunması Klublar Komitəsinin sədri tərəfindən qeydə alınır. İstənilən klub hansısa məsələni təklif edə bilir. Bu bizim 2017-ci ildə ilk görüşümüz idi. Ola bilər ki, az məsələ müzakirəyə çıxarılmışdı. Ancaq önəmli olduğunu düşünürəm. Bir neçə il əvvəl də “Neftçi” klubu əvəzedicilərin əsas komandadan bir gün sonra oynamasını müzakirəyə çıxarsa da, həmin vaxt qəbul olunmamışdı. Biz yenidən bu məsələni PFL-ə və aidiyyəti qurumlara təklif etdik. Gündəlikdə qeyd edilməyən başqa məsələlər də oldu.
- “Qəbələ”ni ən çox narahat edən amillərdən biri də Premyer Liqanın 4 klubunun süni meydanda oynamasıdı. Yəqin razılaşarsız ki, çempionluğa oynayan bir komanda üçün bu hal heç də yaxşı deyil...
- Bəli. Ötən il “Qəbələ” klubu tərəfindən bu məsələ gündəmə gətirilmişdi. Aidiyyəti qurumları da günahlandırmıram. Çünki klublarda vəziyyət başqa cürdü. Çünki bu, klubların üzərinə düşən işdi. AFFA onlara yalnız dəstək ola bilər. Amma meydançalar həddən artıq bərbad gündədi. “Kəpəz” – “Qarabağ” matçını televiziya vasitəsilə izlədim. Ora hansısa ucqar kənd meydançasından da betərdi. Orada futbol, ümumiyyətlə, oynanılmaz. Ona görə bunu qabartmıram ki, fevralın 28-də “Kəpəz”lə səfərdə qarşılaşacağıq. Oynayacağıq ki, söz-söhbət olmasın. Gəncə azarkeşlərinə böyük hörmətim var. Onlar Azərbaycanın ən yaxşı klub azarkeşlərindən biridi. Onları futbolsuz qoymaq olmaz. Amma orada futbol oynamağı dayandırmaq lazımdı ki, azarkeşlər də meydançanın düzəldilməsi üçün tələb etsin. Klub olaraq biz də dəstək verə bilərik. Belə ki, keyfiyyətli ot hazırlayan yaxşı mütəxəssislər təklif edə bilərik. O cür regionda meydança olmalıdı. Meydança olmayan yerdə futbol yoxdu. Həmçinin AZAL-ın, “Zirə”nin meydançası bərbad vəziyyətdədi. Belə yerdə futbol oynamazlar. İnkişaf burdan başlayır.
- “Qəbələ” – “Qarabağ” oyunu ətrafında böyük ajiotaj yaranıb. Əsas müzakirə mövzusu da hakimliklə bağlıdır. Həmin matçı əcnəbi referinin idarə etməsi ilə bağlı bir təklifiniz varmı?
- “Qəbələ” 2010-cu ildən iddialı çıxış etməyə başlayıb. Həmin gündən bəri bir azərbaycanlı kimi deməyə utanmışam ki, xarici mütəxəssislər cəlb olunsun. Çünki xaricdən mütəxəssis gətirilməsini istəməklə demək istəyirik ki, Azərbaycanda ədaləti qoruya bilən adam yoxdu. Mən bunu deməyə utanıram. Qoy bu fikri formalaşdıranlar, bizi buna məcbur edənlər utansınlar. Mən də istəyirəm ki, hər oyunda haqq-ədalət olsun. Amma belə şəraitdə başqa variant haqda düşünməyə məcbur olursan. Söhbət təkcə “Qəbələ” – “Qarabağ” oyunundan getmir. Başqa komandaların görüşlərində də eyni şeylər baş verir. “Neftçi” ilə matçda ofsayddan qol vurduq, lehimizə qərar verildi. Amma istəmirəm. Həmin hakim kim idisə sağ olsun. Amma belə səhv eləməsin. Ondansa, Fariz Yusifov Ruslan Abışovun ikinci sarısını verərdi. Bu olardı ədalətli. Nə “Neftçi” inciyərdi, nə də biz narazı qalardıq. 10 nəfərə qarşı qələbə qazanardıq və ya uduzardıq, bu öz işimizdi. Həmçinin “Zirə” ilə axırıncı görüşdə. Yan xətt hakimi Zeynal Zeynalov dəfələrlə bizim oyunlarımızda qərəzli qərarlar verib. “Qarabağ” – “Qəbələ” görüşündə Rəşad Sadiqova qırmızı vərəqə verdirib, əleyhimizə ofsayddan qollar vurulub. “Zirə” ilə görüşdə də həm sarı vərəqə verdirdi, həm də qapımıza ofsayddan qol vurdurdu. Özü də düz xəttin üstündə idi, çox yaxşı da görürdü.
- Bütün klublar hakimlərdən gileylənirlər. Bu səhvlər nədən qaynaqlanır?
- Bu məsələyə birmənalı yanaşmaq olmur. Əlimdə bir sübut olsaydı, axıra qədər gedərdim. Klublar Komitəsində də bu məsələni açıq-aydın şəkildə dedim. Baxmayaraq ki, bəzi klublar AFFA tərəfindən idarə olunurlar. Qeyri-normal haldı. Amma AFFA-nı da başa düşürəm. Klublar ortada qalmamaq üçün AFFA bu dəstəyi verir. Onlarsız futbolumuz olmaz. Amma hər şeyin son nöqtəsi var. Haqqı deməyə bilərsən. İclasda dedim ki, haqsızlığı ört-basdır etməyə çalışan adama mən salam verməyəcəm.
- Ötən iclasda AFFA Hakimlər Komitəsinin sədr vəzifəsinə təcrübəli mütəxəssisin dəvəti müzakirə olunmuşdu. Bu məsələ gündəmdə qalırmı?
- Mənə elə gəlir ki, hakimliyi həddən artıq müzakirə edirik. Klub olaraq bu barədə danışmağımız düzgün deyil. Amma bir şeyi deyə bilərəm ki, məsələ o vaxt pik həddə çatır ki, hamının qərəz kimi gördüyü bir epizodla bağlı Hakimlər Komitəsinin rəhbəri, ona yaxın adamlar, hakim-inspektorlar tam əksini deyirlər.
- Belə bir fikir gəzir ki, “Qəbələ” çempion olmasa, büdcəsi azalacaq və klub rəsmiləri bu səbəbdən hakim səhvlərindən geniş danışırlar. Bu nə dərəcədə doğrudu?
- Biz ardıcıl iki mövsümdü Avroliqada uğurlu çıxış edirik. Klub prezidenti Tale Heydərov da, mən də deyirik ki, bizim ən birinci vəzifəmiz ölkəmizi xaricdə uğurlu təmsil etməkdi. Ölkə çempionu olmaya bilərik. İstər zəif olaq, istərsə də kənar amillər təsir etsin. Biz ölkəmizi xaricdə uğurlu təmsil etməyə çalışırıq. Amma siz deyən məsələ barədə bir söhbət olmayıb, klub prezidenti də belə söz deməyib.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- II Liqada 4 oyunda 22 qol
- Boksçularımızın Çindəki qazancı - 10 medal
- Amerikalı basketbolçu Azərbaycan klubunda
-
10:35
"İnter"dən inanılmaz geridönüş VİDEO
-
10:22
U-17 yeniyetmələr arasında ne-vaza üzrə ACF Kubokunun ilk qalibləri müəyyənləşib
-
10:04
Muaddib: “Çempionluq “Qarabağ”la iki yox, bir komanda arasında gedəcək”
-
09:56
İnfantinodan Azərbaycan çempionatıın oyunundan paylaşım etdi
-
09:31
"Liverpul"un qələbəsi VİDEO
-
09:17
Toral Bayramov üçün 7 dəqiqə
-
09:00
"Mançester Yunayted" yenə uduzdu VİDEO
-
21:06
Qurban Qurbanov: “Bunu düşünməyərək oyuna hazırlaşmışdıq”
-
20:42
Millimiz Avstraliyaya uduzdu
-
19:53
"Qarabağ" bir xalla kifayətləndi
-
15:28
"Araz-Naxçıvan" ÇL oyunlarına bu futzalçılarla yollandı
-
13:39
Azərbaycanın veteran cüdoçuları daha bir medal qazanıblar
-
13:17
Balayev(lər)in sual fobiyası... - YAZI
-
13:00
Krivotsyukun komandası həlledici mərhələyə yüksəldi
-
12:44
Bakıda Kanaki-Yeni Kaledoniya və Fransız Polineziyasının gənc futbolçularına dəstək aksiyası
-
12:21
Mahirin komandası sonda bir xalı əldən verdi
-
12:07
Derbidə sevinən tərəf "Tottenhem" oldu VİDEO
-
11:55
Baklov səhvini etiraf etdi: “Rəqibin baş zərbəsi zamanı daha yaxşı oynaya bilərdim”
-
11:36
Nəriman yenə ehtiyatda oturdu
-
11:12
"Borussiya" sonda sevindi VİDEO
-
10:48
Şeydayev oynadı, "Soçi" qələbə qazandı
-
10:23
"Napoli" - "Roma" matçında 6 qol VİDEO
-
10:09
Balayev müsahibəni yarımçıq saxladı: “Səhv söhbətində...”
-
09:54
"Arsenal"ın qələbəsi VİDEO
-
09:31
Abdullazadənin komandası məğlub oldu
-
09:17
"Mançester Siti" səfərdə xalsız qaldı VİDEO
-
23:33
Ehtiram Quliyev: “Bu gün bir xal qazanmadıq, iki xal itirdik”
-
23:00
Prezident milli üzvləri ilə görüşdü: “Bütün qollar bir-birindən gözəl idi” FOTOLENT
-
22:14
Vernidub: “Bunu həzm edib, irəliyə baxmaq lazımdır”
-
21:49
"Neftçi" - "Turan Tovuz" matçında 2 qol, 1 qırmızı vərəqə VİDEO
-
21:22
Kurban Berdıyev: “Xal itirdik”
-
21:07
İki güləşçimiz dünya çempionatının finalında
-
20:56
“Neftçi” qələbəni əldən verdi
-
20:51
DÇ: Millimizdən darmadağın
-
20:38
"Kəpəz"dən əzmkar qələbə VİDEO
-
20:25
Bakıda U-15 dünya çempionatının açılış mərasimi keçirilib
-
18:13
"Neftçi" - "Turan Tovuz": Heyətlər açıqlandı
-
15:59
Şahmatçılarımız Avropa Kubokunda 2 medal qazanıblar
-
14:04
Emil Mustafayev: “Təzyiq yox, motivasiya var idi”
-
13:42
FİFA və AFFA rəsmiləri Hövsan Yarış Kompleksində
-
13:27
Azərbaycan taekvondoçusu beynəlxalq turnirdə gümüş medal qazanıb
-
12:51
Kişi voleybolçular arasında Super Liqada yeni mövsümə start verilib
-
11:36
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
11:18
"Torino" 3 xalı 3 qolla qazandı VİDEO
-
11:00
Dimitri Leqbo: “Sumqayıt”ın bu cür inamlı oyununa hazır idik”
-
10:45
"Ştudqart" öz meydanında uduzdu VİDEO
-
10:23
Azərbaycanın veteran cüdoçuları Avropa çempionatında daha 2 medal qazanıblar
-
10:09
"Kocaelispor"dan səfər qələbəsi VİDEO
-
09:54
Bu gün Bakıda U-15 dünya çempionatı başlayır
-
09:32
Kökçü sevindi, Yunuszadə məyus oldu
26.10.2026
25.10.2026
24.10.2026
























