29 Avqust 2026, Şənbə
Denzel Jubitana “Neftçi”də
III turun hakim təyinatları açıqlandı
"Qarabağ"ın "Xaric segah"ı...
"Qarabağ" "Tvente"yə məğlub oldu

Ölkə futbolu

“Rəvan” Lənkərana yola düşür

Azərbaycan Premyer Liqasının XXXIII turu çərçivəsində "Xəzər Lənkəran”ın qonağı olacaq "Rəvan” hazırlıqlarını tamamlayıb. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, “Rəvan” sabah saat 9:30-da Bakını tərk edəcək.

Heyətdə cəzalı futbolçu olmasa da, zədəlilərin durumu baş məşqçi GüvənçKurtarı qayğılandırır. Belə ki, polşalı qapıçı Lukaş Sapela, braziliyalı hücumçu Tyaqo da Silva və yarımmüdafiəçi Elvin Həsənəliyevin "Xəzər Lənkəran”a qarşı oynayıb-oynamayacaqları sual altındadır. Oke Akpovetanın meydana çıxmayacağı isə dəqiqdir. Zədədən əziyyət çəkən nigeriyalı hücumçu rəhbərlikdən icazə alaraq, yaşadığı Danimarkaya yollanıb. O, həftəsonu geri dönəcək.

Qeyd edək ki, mayın 2-də keçiriləcək "Xəzər Lənkəran” - "Rəvan” matçı saat 18:00-da başlayacaq.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31