26 Mart 2025, Çərşənbə
Millimiz Belarusa da məğlub oldu
U-21 bu dəfə heç-heçə oynadı
Şahruddin millidən kənarlaşdırıldı
II Liqada XVIII tura yekun vuruldu

Xarici futbol

İran - BƏƏ oyununda dünya rekordu

2026-cı il dünya çempionatının Asiya zonası üzrə seçmə mərhələsi çərçivəsində İran - BƏƏ oyununda qeyri-adi hal yaşanıb.

Futbolxeber.az saytının məlumatına görə, görüşün ilk hissəsi elektrik kəsintisi səbəbindən yarımçıq dayandırılıb. Elektrikin bərpasından sonra isə VAR-dakı problemə görə oyuna yenidən fasilə verilib. Bütün bunlara görə ilk hissəyə 29 dəqiqə əlavə olunub. Ümumilikdə matçın 1-ci hissəsi 74 dəqiqə olub.

Bu, milli komandalar səviyyəsində oyunun 1 hissəsinə əlavə olunan ən uzun müddətdir. Əvvəlki rekord 24 dəqiqə idi.

Klub səviyyəsində rekord isə 35 dəqiqəyə bərabərdir.

Qeyd edək ki, İran - BƏƏ matçı meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2025
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31