16 Iyun 2024, Bazar günü
Avro-2024: Futbolxeber.az-la qazan!
Avro-2024 darmadağınla başladı
Avro-2024-ün ilk qolu vuruldu
Musa Qurbanlı “Qarabağ”a qayıtdı

Xarici futbol

“Pünik” üçün acınacaqlı sonluq

ERMƏNİLƏRİN 180 SANİYƏYƏ PUÇ OLAN XƏYALI

UEFA Konfrans Liqasında qrup mərhələsinin V turuna yekun vurulub.

Futbolxeber.az saytının məlumatına görə, Ermənistan çempionu “Pünik” bu tur səfərdə “Slovan”ın qonağı olub. Slovakiya təmsilçisi ilə oyun ermənilər üçün acınacaqlı sonluqla bitib...

“Slovan” - “Pünik” matçında hesab 64-cü dəqiqədə açılıb. Moldovalı Eugeniu Cociuc penaltidən fərqlənməklə Ermənistan təmsilçisini hesabda önə keçirib. Bu matçda qələbə qazanacağı halda, “Pünik” növbəti mərhələyə vəsiqəni təmin etməklə Ermənistan futbolunda ilkə imza atacaqdı. Lakin “Slovan” ermənilən bu arzusunu ürəyində qoyub.

Əvvəlcə matçın 84-cü dəqiqəsində “Slovan” hesabı bərabərləşdirilib. Gürcüstan millisinin kapitanı Quram Kaşiya status-kvonu bərpa edib. 1 dəqiqə sonra isə “Pünik”in qapıçısı David Yurçenko çıxışda kobud səhvə yol verib və Erik Ramirez fərqlənib. Venesuellalı forvardın qolu “Slovan”a 2:1 hesablı qələbə qazandırmaqla Ermənistan çempionunun xəyallarını puç edib.

Hazırda “Pünik” 6 xalla H qrupunda üçüncü yerdə qərarlaşıb. Son turda komanda “Bazel”i qəbul edəcək. Mərhələ adlamaq üçün Ermənistan təmsilçisi mütləq qələbə qazanmalıdı.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30