16 Iyun 2024, Bazar günü
Avro-2024: Futbolxeber.az-la qazan!
Avro-2024 darmadağınla başladı
Avro-2024-ün ilk qolu vuruldu
Musa Qurbanlı “Qarabağ”a qayıtdı

Xarici futbol

“Linfild”in müdafiəçisi: “Avropanı yenidən şoka sala bilərik”

“Avropanı yenidən şoka sala bilərik. Qarşıdakı oyuna köklənməliyik".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsində rəqibi olan “Linfild”in müdafiəçisi Mark Stafford Şimali İrlandiya mətbuatına açıqlamasında deyib.

Sabah "Qarabağ"la Belfastda keçiriləcək oyun haqda danışan 32 yaşlı müdafiəçi sona qədər mübarizə aparacaqlarını bildirib: “Biz “Sutyeska” ilə oyunda əziyyət çəkdik. Baxmayaraq ki, "Qarabağ" turu keçmək istəyir, amma biz matça yaxşı hazırlaşmalı və rəqibin hücumlarına tam hazır olmalıyıq. Əminəm ki, matça taktiki və psixoloji baxımdan yaxşı hazırlaşacağıq. Həmçinin, məşqdə də öz gücümüzü ortaya qoyacaq və rəqibə ən yaxşı zərbələrimizi göstərəcəyik".

Mərkəz müdafiəçisi "Qarabağ"la oyunların çətin olacağını da vurğulayıb: “Qələbə qazanmaq həmişə ağlımızdadır, ancaq bizi hər iki matçda cütün favoriti olan bir komandaya qarşı oyun gözləyir. Qarşılaşmaya inamla hazırlaşırıq, meydana da inamla daxil olacağıq".

Qeyd edək ki, sabah "Vindsor Park”da keçiriləcək “Linfild” - “Qarabağ” matçı Bakı vaxtı ilə 22:45-də başlayacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30