16 Iyun 2024, Bazar günü
Rafael Məhərrəmli "Şamaxı"da
"Cəbrayıl" I Liqaya yüksəldi
Junior Martins rəsmən "Zirə"də
Avro-2024: Futbolxeber.az-la qazan!

Xarici futbol

"Barselona" onu satacaq

İngiltərə Premyer Liqasında mübarizə aparan “Everton” cari mövsümün əvvəlində “Barselona”dan icarəyə götürdüyü yarımmüdafiəçini transfer etmək niyyətindədir.
 
Futbolxeber.az saytının məlumatına görə, “Everton” hazırda müqavilə əsasında Kataloniya klubuna məxsus olan Andre Qomeşi birdəfəlik transfer etmək üçün hərəkətə keçib.
 
Transfer məbləği 100 milyon avro olan yarımmüdafiəçinin keçidi üçün hər iki tərəfin bu rəqəmi endirəcəyi bildirilir.
 
“Everton”un baş məşqçisi Marko Silva məsələylə bağlı açıqlama verərək, bunları deyib: “Qomeş ilk iki ay ərzində komandanı çox sevdi, amma nələr edə biləcəyini gözləyək.
 
Onun transferi üçün çalışırıq. Bir-iki həftə ərzində məsələ dəqiqləşəcək. “Barselona” da daxil olmaqla, vəziyyətin necə davam edəcəyini heç kim bilmir”.
 
25 yaşlı yarımmüdafiəçi mövsümün əvvəlində 2,5 milyon avro müqabilində İngiltərə klubuna icarəyə verilmişdi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30