16 Iyun 2024, Bazar günü
Avro-2024: Futbolxeber.az-la qazan!
Avro-2024 darmadağınla başladı
Avro-2024-ün ilk qolu vuruldu
Musa Qurbanlı “Qarabağ”a qayıtdı

Xarici futbol

"Qalatasaray"lı sabiq "Qarabağ"lı ilə işləyəcək

Türkiyə millisinin və “Qalatasaray”ın keçmiş futbolçusu Ümit Karan Makedoniyada məşqçilik karyerasına başlayıb.
 
Futbolxeber.az saytının məlumatına görə, 42 yaşlı keçmiş futbolçu Makedoniyanın “Şkupi” komandasının sükanı arxasına keçib. 
 
Dünən klubun idman direktoru Omer Banyakunun təşkil etdiyi mətbuat konfransında türkiyəli gənc məşqçi “Şkupi”ni dünya markası etmək istədiklərini deyib: “Futbol dəyişib. Artıq bu ölkədə istedadlı futbolçular tapmaq ehtimalımız daha yüksəkdir. Mənim də bura gəlməyimin səbəblərindən biri budu.
 
Burdan gənc futbolçular yetişdirib, böyük futbolçu halına gətirmək istəyirik. Biz bura “Şkupi”ni dünya markası etməyə gəlmişik, amma bunu da tək edə bilmərik. Burda olduğum üçün xoşbəxt və qürurluyam”. "Qarabağ"ın sabiq futbolçusu Muarrem Muarrem bu klubda forma geyinir. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30