15 Iyun 2024, Şənbə
Avro-2024: Futbolxeber.az-la qazan!
Avro-2024 darmadağınla başladı
Avro-2024-ün ilk qolu vuruldu
Musa Qurbanlı “Qarabağ”a qayıtdı

Xarici futbol

Neymar: "Məqsədim dünyanın ən yaxşı futbolçusu olmaq deyil"

"Santos"un hücumçusu Neymar məqsədləri, bəyəndiyi oyunçular haqda danışıb. Futbolxeber.az-ın məlumatına görə, braziliyalı futbolçu Messinin pərəstişkarı olduğunu bildirib: "Mənim məqsədim heç də dünyanın ən yaxşı futbolçusu olmaq deyil. Mən sadəcə futbol oynadığıma görə çox şadam. İndi "Santos"da çıxış edirəm. Məqsədim burada bacardıqca yaxşı oynayıb, qollar vurmaqdı. Avropa və Braziliya futbolu arasında ciddi fərq görmürəm. Hər yanda meydanda 2 komanda olur, 22 oyunçunun da hamısı qol vurmağa çalışır. Messi möhtəşəm futbolçudur. O bu günəcən gördüyüm ən yaxşı futbolçulardandı. Messi heç kimin gözləmədiyi qərarlar qəbul etməyə və hər an oyunun taleyini həll etməyə qadirdi. Deyə bilərəm ki, Messinin pərəstişkarıyam. İspaniyada yaxşı oyunçuların sayı kifayət qədərdi. Xavi, İnyesta və Fabreqasın da oyununu çox bəyənirəm. Onların həm futbolçu, həm də insani keyfiyyətləri əladır. Belə görünür ki, onlar sadə insandırlar, amma fantastik futbol sərigləyirlər". 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30