16 Iyun 2024, Bazar günü
Avro-2024: Futbolxeber.az-la qazan!
Avro-2024 darmadağınla başladı
Avro-2024-ün ilk qolu vuruldu
Musa Qurbanlı “Qarabağ”a qayıtdı

Xarici futbol

Portuqaliyadan milli komandamıza sərf edən qələbə

21 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində yığmamızın yer aldığı 8-ci qrupda bir oyun baş tutub. Futbolxeber.az-ın məlumatına görə, qrup lideri Portuqaliya öz meydanında Makedoniyanı sınağa çəkib. Matç meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bununla da Portuqaliya millisi beşinci oyununda beşinci qələbəsini qazanaraq, xallarının sayını 15-ə çatdırıb. Portuqaliyanın qələbəsi millimiz üçün də sərfəlidir. Çünki səfərdən xalsız qayıtdığına görə Makedoniya millisi yenə də 4 xalla Azərbaycan yığması ilə birgə qrupda 4-5-ci yerləri bölüşdürür.

Qeyd edək ki, ikinci pillədə qərarlaşan İsrailin 9, üçüncü yerdə olan Norveçin isə 6 xalı var. Lakin skandinaviyalılar digər 4 komanda ilə müqayisədə 1 oyun artıq keçirib. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30