16 Iyun 2024, Bazar günü
Avro-2024: Futbolxeber.az-la qazan!
Avro-2024 darmadağınla başladı
Avro-2024-ün ilk qolu vuruldu
Musa Qurbanlı “Qarabağ”a qayıtdı

Digər idman növləri

Voleybolçu qızlar arasında “Heydər Əliyev kuboku” keçirildi

Naxçıvanda voleybolçu qızlar arasında “Heydər Əliyev kuboku” uğrunda turnir keçirilib.
 
Futbolxeber.az saytının məlumatına görə, Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman, Təhsil nazirlikləri və Naxçıvan Voleybol Federasiyasının birgə təşkilatçılığı ilə mayın 6-dan 10-dək davam edən birincilikdə 8 komanda mübarizə aparıb.
 
Muxtar respublikanın 100 illik yubileyi və Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş turnirdə bu gün final oyunu və bağlanış mərasimi baş tutub.
 
İlham Əliyev adına Olimpiya İdman Kompleksində təşkil olunan həlledici matçda “Naxçıvan” və “Sədərək” komandaları üz-üzə gəliblər. Maraqlı mübarizədə keçən qarşılaşmada sədərəkli voleybolçular 2:0 hesabı ilə qələbə qazanaraq turnirin qalibi olublar. “Naxçıvan” ikinci, “Culfa”nı məğlub edən “Kəngərli” isə üçüncü olub.
 
Qaliblərə diplom, medal və kubok təqdim olunub. Həmçinin yarışın rəmzi komandasında yer alan voleybolçulara fərdi mükafatlar verilib.
 
Mükafatları Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri vəzifələrinin müvəqqəti icraçısı, nazir müavini Məcid Seyidov, təhsil naziri səlahiyyətlərinin müvəqqəti icraçısı, nazir müavini Elxan Nəcəfov, Naxçıvan Voleybol Federasiyasının prezidenti Vüqar Əliyev və digərləri təqdim ediblər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30