10 Noyabr 2024, Bazar günü
"Qarabağ"ın 2 futbolçusu 100-ə çatdı
Bayılda və Masazırda heç-heçə
Berdiyev: "Bu gün 2 xal itirdik"
"Neftçi" qələbəni əldən verdi

Digər idman növləri

Fətəliyeva Avropa çempionu oldu

Yunanıstanın Rodos adasında təşkil edilən qadın şahmatçılar arasında Avropa çempionatında 10-cu turun oyunları keçirilir.
 
Futbolxeber.az saytının məlumatına görə, yarışı yüksək səviyyədə keçirən azərbaycanlı şahmatçı Ülviyyə Fətəliyeva son turda qara fiqurlarla Gürcüstan şahmatçısı Nino Batsiaşvili ilə heç-heçə oynayıb.
 
Beləliklə 10 turda ümumilikdə 8,5 xal toplayan Ü.Fətəliyeva rəqibləri üçün əlçatmaz olub və Avropa çempionatının qızıl medalına layiq görülüb.
 
Qeyd edək ki, Avropa Şahmat İttifaqı tərəfindən qadınlar arasında şəxsi Avropa çempionatı 2000-ci ildən təşkil olunur. Ülviyyə Fətəliyeva şəxsi qitə çempionatında qızıl medal qazanan ilk azərbaycanlı xanım şahmatçı kimi tarixə düşüb.
 
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30