15 Iyun 2024, Şənbə
Avro-2024: Futbolxeber.az-la qazan!
Avro-2024 darmadağınla başladı
Avro-2024-ün ilk qolu vuruldu
Musa Qurbanlı “Qarabağ”a qayıtdı

Digər idman növləri

Dünya reytinqi: Şəhriyar və Teymur gerilədi

Beynəlxalq Şahmat Federasiyası (FIDE) dekabr ayı üçün reytinq cədvəlini açıqlayıb.

Futbolxeber.az saytının məlumatına görə, Azərbaycan təmsilçilərindən Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov geriləyiblər.

Rəcəbov 14-cü sıradan 27-yə, Məmmədyarov (hər ikisi 2723 xal) isə 16-cı pillədən 26-cı mövqeyə düşüb.

Rauf Məmmədov (2651) 9 pillə irəliləyərək 90-cı, Bakıdakı dünya kubokunda 4-cü olan Nicat Abasov (2641) 53-cü yerdən 98-ci sıraya enib.

Siyahıya son dünya kubokunun qalibi olan norveçli Maqnus Karlsen (2829) başçılıq edir. İkinci pillədə ABŞ təmsilçisi Fabiano Karuana (2795) qərarlaşıb. Bu ölkənin digər qrossmeysteri Nikaru Nakamura (2788) ilk üçlüyü qapayır.

Qadın şahmatçılardan Günay Məmmədzadə (2449) 27-ci, Ülviyyə Fətəliyeva (2384) 67-ci, Gövhər Beydullayeva (2374) 77-ci, Xanım Balacayeva 98-ci, Gülnar Məmmədova (hər ikisi 2350) 99-cudur sıradadır.

Xanım şahmatçıların reytinqində birinci yer Hou İfana (Çin, 2632) məxsusdur. Çinin digər təmsilçisi Yu Venyun (2560) ikinci olub. Hindistandan olan Xampi Koneru (2554) üçüncüdür.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30