16 Iyun 2024, Bazar günü
Avro-2024: Futbolxeber.az-la qazan!
Avro-2024 darmadağınla başladı
Avro-2024-ün ilk qolu vuruldu
Musa Qurbanlı “Qarabağ”a qayıtdı

Digər idman növləri

Erməniyə qalib gələn Azərbaycan güləşçisi: "Növbəti hədəf dünya çempionu olmaqdır”

"Növbəti hədəfim dünya çempionatında qızıl medal qazanmaqdır”.

Futbolxeber.az saytının məlumatına görə, bunu İspaniyada keçirilmiş U-20 Avropa çempionatında qızıl medal qazanan Azərbaycanın sərbəst güləşçisi Ceyhun Allahverdiyev deyib.

61 kq çəki dərəcəsində çıxış edən idmançı finaldakı rəqibinin erməni olduğunu xatırladıb: "Bu qarşılaşma çətin keçdi. Şükürlər olsun ki, ona da qalib gələrək Avropa çempionu oldum. Həlledici duelədək görüşlərim rahat alınmışdı".

Qızıl medal qazanan digər güləşçi Ruslan Abdullayev (57 kq) yarışın yaxşı keçdiyini söyləyib: "Komanda olaraq Avropa çempionatına yüksək səviyyədə hazırlaşmışdıq və bunun da bəhrəsini gördük. Yarışda görüşlərim çox çətin keçmədi. Finalda moldovalı güləşçiyə tam üstünlüklə qalib gələrək qızıl medal əldə etdim".

Yığma komandanın böyük məşqçisi Arif Abdullayev 2013-cü ildən sonra ikinci dəfə sərbəst güləşdə gənclər arasında komanda hesabında 1-ci yeri tutduqlarını diqqətə çatdırıb: “10 çəkidən 6-sında medal qazandıq və komanda hesabında Avropa çempionu olduq. Bu qələbə münasibətilə Azərbaycan xalqını təbrik edirəm. Bu uğurda payı və əziyyəti olan hər kəsə, o cümlədən federasiya rəhbərliyini təşəkkürümü bildirirəm. İspaniyada təşkilatçılıq yüksək səviyyədə idi. Hər şey yaxşı idi. Avqustda U-20 dünya çempionatı keçiriləcək. Xaçmazda fiziki hazırlıq üzrə təlim-məşq toplanışı keçəcəyik. Son olaraq taktiki-texniki hazırlığa diqqət yetirəcəyik. İnanıram ki, bu yarışa da yaxşı hazırlaşıb, qızıl medallarla xalqımızı sevindirəcəyik”.

Qeyd edək ki, qitə birinciliyində Ruslan Abdullayevlə (57 kq) Ceyhun Allahverdiyev (61 kq) qızıl, Yusif Dursunov (125 kq) gümüş, Cavidan Əhmədov (70 kq), Sadiq Mustafazadə (79 kq) və Zəfər Əliyev (97 kq) isə bürünc medal əldə edib.

Futbolxeber.az-ın teleqram kanalına abunə olun




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30