1 Noyabr 2024, Cümə
"Qəbələ" və "İmişli" 1/8 finalda
XII turun hakim təyinatları
“Neftçi” yeni əməkdaşlığa başladı
Daha 4 komanda 1/8 finalda

Digər idman növləri

Hacı Əliyev: "Olimpiya qızılını qazanıb karyeramı başa vurmalıyam"

"Bu, mənim çox vacib qələbə, əla nəticədir. Ölkə tarixində dördqat Avropa çempionu olan ilk (kişilər arasında - red.) güləşçiyəm".

Futbolxeber.az-ın məlumatına görə, bu sözləri Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında qızıl medal qazanan Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Dünya Güləş Birliyinin rəsmi saytına açıqlamasında deyib.

O, bir neçə titula sahib olsa da, hər yarışa yeni istəklə çıxdığını bildirib: "Çox yaxşı hazırlaşmışdıq. Çoxlu təlim-məşq toplanışı keçirdik. Biz doğru yoldayıq. Ona görə də qalib gəlirik”.

Dördqat Avropa, üçqat dünya çempionu olan 32 yaşlı idmançı Olimpiya qızılını da qazanaraq karyerasını bitirmək istədiyini qeyd edib:  "Çox çalışacağam. Qızıl medal üçün əlimdən gələni edəcəyəm. Düşünürəm ki, 32 və ya 34 yaşda olmağın fərqi yoxdur. Yalnız çox çalışmaq və çempion olmaq vacibdir. Bu, mənim son şansımdır. Olimpiya qızılını qazanmalı və karyeramı başa vurmalıyam".

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30