10 Noyabr 2024, Bazar günü
"Qarabağ"ın 2 futbolçusu 100-ə çatdı
Bayılda və Masazırda heç-heçə
Berdiyev: "Bu gün 2 xal itirdik"
"Neftçi" qələbəni əldən verdi

Digər idman növləri

"Bu uğuru qaralamaq olmaz"

"Ali Baş Komandan İlham Əliyevin qayğısı nəticəsində neçə illərdir idmançılarımız həm qızıl, həm gümüş, həm də bürünc medallar qazanır, bayrağımızı yüksəklərə qaldırırlar. Tokioda idmançılarımız 7 medal qazandı".

Futbolxeber.az saytının məlumatına görə, bunu sərbəst güləş üzrə Azərbaycan millisinin baş məşqçisi Namiq Abdullayev Heydər Əliyev aeroportunda jurnalistlərə açıqlamasında deyib.

50 yaşlı mütəxəssis güləşlə bağlı müəyyən məsələləri indi açıqlamaq istəmədiyini bildirib: "Bununla bağlı açıqlamalar olacaq. Əziyyəti olan hər kəsə təşəkkürümüzü bildiririk. Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, xüsusən də, Azərbaycan Güləş Federasiyasının prezidenti Namiq Əliyev, federasiya nümayəndələri beş il ərzində qayğı göstərib, bizə dayaq olublar".

Abdullayev pandemiya dönəmində çətinliklərlə üzləşdiklərini və yaxşı məşq edə bilmədiklərini vurğulayıb: "Nazirlər Kabineti yanında Operativ Qərargaha müraciət olunmuşdu. İdmançılarımız qapalı şəraitdə məşq edə bilmirdilər, çətinliklərimiz var idi. Lakin sonradan bizə icazə verildi, Olimpiadaya lisenziya qazanan idmançılarımız qapalı şəkildə hazırlaşdılar, beynəlxalq turnirlərə, lisenziya xarakterli yarışlara qatıldılar".

Tokioda qazanılan 7 medaldan 3-nün güləşin aktivinə yazıldığını deyən olimpiya çempionu bunu indiki vəziyyətdə uğur adlandırıb: "Tarixi zəfər qazandığımız Vətən Müharibəsində iştirak edən idmançılarımız da var idi. Bütün bunların da təsiri oldu. Qazanılan medallara görə, bütün xalqımızı təbrik edirəm. Bu uğuru qaralamaq olmaz, çünki xalqımız buna sevinir. Unutmayaq ki, bəzi ölkələr Olimpiadada medalsız qaldılar. Azərbaycan millisi Tokio-2020-də 67-ci yeri tutdusa, Ermənistan 69-cu oldu".

Qeyd edək ki, Azərbaycan Tokio olimpiadasını 7 medalla başa vurub. Yığmanın heyətində karateçilər İrina Zaretska (+61 kq) ilə Rafael Ağayev (75 kq), sərbəst güləşçi Hacı Əliyev (65 kq) gümüş, cüdoçu İrina Kindzerska (+78 kq), boksçu Alfonso Dominqes (81 kq), yunan-Roma güləşçisi Rafiq Hüseynov (77 kq) və qadın güləşçi Mariya Stadnik (50 kq) isə bürünc mükafat qazanıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30