1 Noyabr 2024, Cümə
"Qəbələ" və "İmişli" 1/8 finalda
XII turun hakim təyinatları
“Neftçi” yeni əməkdaşlığa başladı
Daha 4 komanda 1/8 finalda

Digər idman növləri

İlham Zəkiyev: "Prezidentin təltifləri bizə yeni qələbələr üçün stimul verir"

"Dünən Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin (MPK) 25 illiyi münasibətilə sərəncam imzaladı. O sərəncamda mənim də adım var idi. 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunduğum üçün çox sevindim".

Futbolxeber.az saytının məlumatına görə, bu fikirləri "Report"a açıqlamasında Azərbaycanın cüdo üzrə ikiqat paralimpiya, ikiqat dünya və yeddiqat Avropa çempionu İlham Zəkiyev deyib.

41 yaşlı idmançı bildirib ki, Prezident İlham Əliyev hər zaman idmançıları diqqətdə saxlayır: "Prezidentin təltifləri bizə yeni qələbələr üçün stimul verir. Biz də çalışacağıq ki, göstərilən etimadı layiqincə doğruldaq. İnanıram ki, "Tokio-2020" Yay Paralimpiya Oyunlarında Azərbaycanı layiqincə təmsil edəcək və üçrəngli bayrağımızı zirvələrdə saxlayacağıq".

MPK-nın vitse-prezidenti qarşıdakı paralimpiadada daha çox idmançı ilə təmsil olunmaq istədiklərini sözlərinə əlavə edib: "Neçə medal qazanacağımızı zaman göstərəcək. Hər dəfə uğurlarımız artır. Çalışacağıq ki, layiqincə mübarizə aparaq. 2016-cı il Yay Paralimpiya Oyunlarında 22 idmançı ilə təmsil olunduq. İndi isə heyəti genişləndirib, ən azı 30 idmançı ilə qatılmaq niyyətindəyik. Var gücümüzlə çalışacağıq ki, medalların sayı da ötən paralimpiada ilə müqayisədə daha çox olsun".

Eyni zamanda "Bakı-2015" I Avropa Oyunlarının qalibi olan Zəkiyev "Tokio-2020"da da qızıl medal qazanmağı hədəflədiyini söyləyib. O, "Yaponiyadakı yarış baş tutmayacağı təqdirdə, karyeranızı başa vuracaqsınızmı" sualına belə cavab verib: "Onu vaxt göstərəcək. Hələlik hədəfim Tokiodur və Oyunların ləğvi barədə fikirləşməmişəm. Yarışın taleyi necə olacaqsa, bilmirik. Biz hazırlaşırıq. Karyeramı bitirmək barədə heç fikirləşməmişəm".

Zəkiyev yaralandığı Füzuli rayonu ilə yanaşı, işğaldan azad edilən bütün torpaqlara getmək istədiyini söyləyib: "Sağlıq olsun. Cənab Prezident hamıya xəbərdarlıq edib ki, hələ səfər etmək olmaz. Tam təhlükəsiz vəziyyət olandan sonra gedəcəyik. Nə vaxt icazə versələr, biz də böyük məmnuniyyətə torpaqlarımıza gedəcəyik. Füzuliyə, Şuşaya, işğaldan azad olunmuş hər yerə getməyə çalışacağıq. Şuşada olmaq uşaqlıq arzumuzdur. Çalışacağıq ki, Qarabağa gedək".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30