Digər idman növləri
Levon Aronyan: “Yenidən Bakıya qayıtmağa şad olaram”
Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda 1/32 final mərhələsində Ukrayna təmsilçisi Aleksandr Areşenkoya məğlub olan Ermənistan şahmatçısı Levon Aronyan Dünya Kubokunun mətbuat xidmətinin suallarına cavab verib. Həmin müsahibəni təqdim edirik:
- İlk olaraq şahmat üzrə Dünya Kubokuyla bağlı fikrini öyrənmək istərdik. Həmkarların qeyd edib ki, Bakıdakı yarış Dünya Kuboku tarixində iştirakçılarına görə ən güclüsü sayılır.
- Dünya Kubokunda ən güclü şahmatçılar iştirak edir. Demək olar ki ulduz şahmatçıların əksəriyyəti turnirdə mübarizə aparır. Ona görə rəqabət güclüdür.
- Levon Aronyan yarışda hansı hədəf uğrunda mübarizə aparırdı ?
- Hədəf yaxşı oynamaq idi. Buna isə nail olmadım.
- Hansı səbəbdən mümkün olmadı?
- Tay-brekin ilk partiyasında rəqibin sonradan həlledici olan gedişini görmədim. İkinci partiyada isə avantürist kimi oynadım. Cütün taleyini ilk görüşdə buraxdığım səhv həll etdi. Çox kobud səhvə yol verdim.
- Tay-brekdə ilk görüşdə məğlub olandan sonra görüşdə dönüş yaratmağa inam var idi?
- İnam hər zaman var. Sadəcə düzgün oynamadım. Bəlkə də B4 gedişini tez oynadım. Bundan sonra mübarizə aparmaq imkanları azaldı. Hətta belə şəraitdə heç-heçəyə razılaşmadım. Vaxtından əvvəl məğlubiyyəti qəbul etmək istəmirdim.
- Dünya Kubokunu erkən tərk etməyiniz gözlənilməz oldu. Uğursuzluğa səbəb kimi yalnız bir səhvi göstərmək olar, yoxsa başqa səbəblər var idi...
- Səbəb yol verdiyim bir səhv idi. Dünya Kuboku elə yarışdır ki, bir səhv turnirin sonu deməkdi. İddiaçılar turnirinə vəsiqə qazanmaq üçün ümidimi itirmirəm. İlin sonuna qədər bir neçə turnirdə iştirak edəcək. Reytinqimi yüksəltməyə çalışacam.
- Bir sıra mötəbər yarışlarda iştirak etmisiniz. Dünya Kubokunun təşkilatçılığı barədə fikirlərinizi öyrənmək maraqlı olardı...
- Təşkilatçılıq çox gözəldi. Biz şad olduq ki, Ermənistandan gələn bütün şahmatçılara yaxşı münasibət bəsləndi. Bizə hər cür şərait yaradıldı. Heç bir şeydən narazılıq yoxdur. Sadəcə bilirsiniz, şahmatçılar adətən bir qədər sərbəst olmağı xoşlayır. Müəyyən mənada biz özümüz daxilən sərbəst olmağa çətinlik çəkirdik.
- 2016-cı ildə Bakı şahmat olimpiadasına ev sahibliyi edəcək. Yəqin ki, iştirakçılar arasında Ermənistan komandasını görmək mümkün olacaq?
- Şahmat olimpiadası 1 ildən sonra keçiriləcək. Ermənistan komandasının olimpiadada iştirakı istisna deyil. Mən yenidən Bakıya qayıtmağa şad olaram. Şahmat Azərbaycanda çox sevilir, burda şahmat çox populyardı. Şahmatın ölkədə sevilməsi hiss olunur. Yerli şahmatçılar da yaxşı oyun sərgiləyir.
- Azərbaycan şahmatçılarından Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov və Qədir Hüseynov 1/16 final mərhələsində mübarizəni davam etdirir. Onların şanslarını necə qiymətləndirirsiniz?
- Azərbaycan şahmatçıları Dünya Kubokunda yaxşı oynayırlar. Üstəlik, doğma şəhərdə çıxış edirlər. Onlar yerli azarkeşləri sevindirməyə çalışmalıdırlar. Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovdan başqa digər şahmatçılarınız son aylar yaxşı təsir bağışlayır. Oyunlarında irəliləyiş hiss olunur. Fikrimcə burda Aleksandr Xalifmanın (Azərbaycan millisinin kapitanı =- DK mətbuat xidməti) böyük əməyi var. Xalifman Azərbaycan şahmatçılarına çox kömək olur. Rauf Məmmədovun komanda yarışlarında oyunu yadımdadır. Bir turda səhv etmirəmsə ilk lövhədə çıxış etdi və yaxşı təsir bağışladı. Qafqaz şahmatçılarının ümumiyyətlə bir problemi var. Bəzən tənbəllik özünü göstərir. Digər tərəfdən debütlə bağlı hazırlıq. Fikrimcə Xalifmanın şahmatçılara köməyi hiss olur. Dünya Kubokunda Qədir Hüseynov, əvvəlki yarışlarda isə Rauf Məmmədovun oyununda məşqçinin işi görünür.
Dünya Kubokunun mətbuat xidməti
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Son dəqiqə: “Neftçi”nin yeni baş məşqçisinin adı məlum oldu!
- “Azərbaycanda heç bir futbolçunun karyerası mənim kimi olmayıb”
- Günün sualı: “Neftçi”nin yeni baş məşqçisi kim olacaq? - TƏHLİL
- Qriqorçuk sükutu pozdu: “Azərbaycana gedərkən məqsədim “Neftçi”ni çempion etmək idi”
- II Liqada hakim biabırçılığı
- Azarkeşlər Samir Abasovun təyinatını müsbət qarşılayıb: “Başqa namizəd görmürdüm”
- Sadıqov əməliyyat olunub
- AFFA-dan anlaşılmaz strategiya seçimi
- Emin Əmrullayev: ““Neftçi” birinci yerdə deyilsə, bu, artıq uğursuzluqdur”
- “Neftçi”nin baş məşqçi məsələsində son durum: Yakiroviç Bakıya gəlməyib...
- Qərəz, sifariş, yoxsa şəxsi maraq?
- “Neftçi” Samir Abasovun rəhbərliyi altında ilk məşqə çıxıb
- “Neftçi” üçün yeni sponsor - RƏSMİ
- "Sumqayıt"da yeni baş məşqçi
- Məsut Özil "Zirə"nin qonağı olub
-
19:50
"Barselona" İspaniya millisinin üzvü ilə müqavilə imzaladı
-
19:15
"Kimin güclü olmasından asılı olmayaraq, istəyimiz mərhələ adlamaqdır"
-
18:52
Boksçumuz dünya birinciliyində finala yüksəlib
-
18:18
Millimiz Monteneqronu məğlub etdi
-
18:00
Şəhriyar Məmmədyarov FIDE reytinqində irəliləyib
-
17:42
Avropa çempionatı: millimizin rəqibləri müəyyənləşdi
-
17:29
"Neftçi" "Araz-Naxçıvan"la oyuna ciddi itkilərlə çıxacaq FOTOLENT
-
17:14
Azərbaycan kubokunda 1/8 finalın bütün cütlükləri müəyyənləşdi
-
16:58
"Qəbələ" və "İmişli" 1/8 finalda
-
16:43
MEDİA rəhbərliyi “Qarabağ” klubunun qonağı olub
-
16:36
Millimiz Türkiyə ilə heç-heçə etdi
-
16:20
Ramin Nəsirli əməliyyat olunub
-
16:05
"Araz-Naxçıvan"ın qapıçısı milliyə dəvət aldı
-
15:51
“Neftçi” - “Araz-Naxçıvan” oyununun biletləri satışda
-
15:32
Türkiyə klubunun yeni baş məşqçisi bəlli oldu
-
15:14
Millimizin baş məşqçisi: "Səfərə tam heyətlə yollana bilməyəcəyik"
-
14:46
Millimiz Bosniya və Herseqovina ilə yoldaşlıq oyunlarının hazırlığına başlayıb
-
14:27
Bakıda atıcılıq üzrə Zəfər Kuboku start götürüb
-
14:08
"Neftçi"yə qarşı daha yaxşı oynayıb qələbə qazanacağımızı gözləyirəm"
-
13:39
Azərbaycan boksçuları dünya birinciliyində yeni rekorda imza atdılar
-
12:53
“Növbəti qələbə üçün “Səbail”lə üçüncü dövrədəki oyunu gözləmək lazım gəlməyəcək”
-
12:22
Paralimpiya çempionundan ustad dərsi
-
12:10
Eldəniz Əzizli: "Güləşçilər aysberqin görünən tərəfidir"
-
11:45
Millimizin üzvü oynadı, komandası xalsız qaldı
-
11:31
Şahin Bağırov Avropa Kubokunun qalibləri ilə görüşdü
-
11:06
"Yuventus" evdə xal itirdi VİDEO
-
10:58
XII turun hakim təyinatları
-
10:29
5 boksçusumuz dünya birinciliyinin yarımfinalında
-
10:14
Günün oyunları - TV AFİŞA
-
09:47
"Mançester Yunayted" 5 qolla mərhələ adladı VİDEO
-
09:30
Emreli "Hoffenhaym"a da qol vurdu
-
20:05
“Neftçi” yeni əməkdaşlığa başladı
-
19:48
Elmar Baxşıyev: “Onun həm insani, həm də futbolçu keyfiyyətləri məni qane edir”
-
19:23
Azərbaycan atleti Avropa birinciliyində 1 qızıl və 2 gümüş medal qazanıb
-
18:56
"Zaqatala"dan kuboka erkən vidal VİDEO
-
18:14
"Şamaxı" 6 qolla mərhələ adladı VİDEO
-
17:42
Daha 4 komanda 1/8 finalda
-
17:20
"Turan Tovuz"un legioneri milliyə çağırıldı
-
16:57
"Qarabağ"ın avrokubok oyunlarını "CBC Sport" yox, bu kanal yayımlayacaq
-
16:31
“Liqanın ən yaxşı komandalarından birinə çevriləcəyik”
-
16:18
Yeni başlanğıc üçün... - QEYD
-
16:05
Robert Bauer: “Futbol oynamaqdan qorxmamalıyıq”
-
15:53
Azərbaycan karateçiləri dünya çempionatında uğurlu çıxış ediblər
-
15:26
“Turan Tovuz” - “Qarabağ” oyununun biletləri satışa çıxdı
-
14:49
Qara rəsmən "Araz-Naxçıvan"da
-
13:52
"Sumqayıt" - "Sabah" oyununun biletləri satışda
-
13:34
Millimizin baş məşqçisi: "Belə penaltini necə vermək olar?"
-
13:17
AFFA dörd komandaya texniki məğlubiyyət verib
-
13:00
Millimizin üzvü oynadı, komandası kubokla vidalaşdı
-
12:51
Azərbaycan klubunun rəsmisi 5 oyunluq cəzalandırılıb
31.10.2024
30.10.2024
Arxiv
Noyabr 2024 |
B.e | Ç.a | Ç | C.a | C | Ş | B |
01 | 02 | 03 | ||||
04 | 05 | 06 | 07 | 08 | 09 | 10 |
11 | 12 | 13 | 14 | 15 | 16 | 17 |
18 | 19 | 20 | 21 | 22 | 23 | 24 |
25 | 26 | 27 | 28 | 29 | 30 | |